Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
APEC
Asia-Pacific Economic Cooperation[1]
Növü İqtisadi forum
Yaranma tarixi 1989
Mərkəzi Sinqapur Sinqapur
Üzvləri
  • 50 nəf. (2022)[2]
www.apec.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC — Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır.

Məqsədləri və fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

ASOİƏ-nin məqsədləri bunlardır:

  • regionda və bütün dünyada iqtisadi artıma dəstək;
  • əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək;
  • açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu

ASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır:

  • ticarətin və investisiya ab-havasının liberallaşdırılması;
  • ticarətə və investisiyaya əlverişlilik;
  • ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi.

Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.

Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elektrik enerjisi, ətraf mühit və davamlı inkişaf. əmək ehtiyatlarının inkişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biznesin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.

İqtisadi xalq Üzv
Avstraliya Avstraliya 1989
Bruney Bruney 1989
Kanada Kanada 1989
İndoneziya İndoneziya 1989
Yaponiya Yaponiya 1989
Cənubi Koreya Cənubi Koreya 1989
Malayziya Malayziya 1989
Yeni Zelandiya Yeni Zelandiya 1989
Filippin Filippin 1989
Sinqapur Sinqapur 1989
Tailand Tailand 1989
ABŞ ABŞ 1989
Çin Çin 1991
Çin Respublikası Çin Respublikası 1991
Honkonq Honkonq 1991
Meksika Meksika 1993
Papua-Yeni Qvineya Papua-Yeni Qvineya 1993
Çili Çili 1994
Peru Peru 1998
Rusiya Rusiya 1998
Vyetnam Vyetnam 1998

İllik görüş zirvələri

[redaktə | mənbəni redaktə et]

Hər il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ticarət məsələləri ilə bağlı müzakirə aparmaq üçün illik zirvə toplantısı keçirir. Hər zirvə toplantısına ev sahibliyi edən ölkə üzvlərdən təsadüfi olaraq qərara alınır:

Sumqayıt görüşləri sayı Zirvə görüşü nə vaxt keçirilib Ev sahibi iqtisadiyyatı Yer
1-ci 6–7 noyabr 1989 Avstraliya Avstraliya Kanberra
2-ci 29–31 iyul 1990 Sinqapur Sinqapur Sinqapur
3-ci 12–14 noyabr 1991 Cənubi Koreya Cənubi Koreya Seul
4-ci 10–11 sentyabr 1992 Tailand Tailand Banqkok
5-ci 19–20 noyabr 1993 ABŞ ABŞ Bleyk adası
6-ci 15–16 noyabr 1994 İndoneziya İndoneziya Boqor
7-ci 18–19 noyabr 1995 Yaponiya Yaponiya Osaka
8-ci 24–25 noyabr 1996 Filippin Filippin Manila/Subik
9-ci 24–25 noyabr 1997 Kanada Kanada Vankuver
10-ci 17–18 noyabr 1998 Malayziya Malayziya Kuala Lumpur
11-ci 12–13 sentyabr 1999 Yeni Zelandiya Yeni Zelandiya Oklend
12-ci 15–16 noyabr 2000 Bruney Bruney Bandar Seri Begavan
13-ci 20–21 oktyabr 2001 Çin Çin Şanxay
14-ci 26–27 oktyabr 2002 Meksika Meksika Los-Kabos
15-ci 20–21 oktyabr 2003 Tailand Tailand Banqkok
16-ci 20–21 noyabr 2004 Çili Çili Santyaqo
17-ci 18–19 noyabr 2005 Cənubi Koreya Cənubi Koreya Busan
18-ci 18–19 noyabr 2006 Vyetnam Vyetnam Xanoy
19-ci 8–9 sentyabr 2007 Avstraliya Avstraliya Sidney
20-ci 22–23 noyabr 2008 Peru Peru Lima
21-ci 14–15 noyabr 2009 Sinqapur Sinqapur Sinqapur
22-ci 13–14 noyabr 2010 Yaponiya Yaponiya Yokohama
23-ci 12–13 noyabr 2011 ABŞ ABŞ Honolulu
24-ci 9–10 sentyabr 2012 Rusiya Rusiya Vladiqafqaz
25-ci 5–7 oktyabr 2013 İndoneziya İndoneziya Bali
26-ci 10–11 noyabr 2014 Çin Çin Pekin
27-ci 18–19 noyabr 2015 Filippin Filippin Pasay
28-ci 19–20 noyabr 2016 Peru Peru Lima
29-ci 10–11 noyabr 2017 Vyetnam Vyetnam Dananq
30-ci 17–18 noyabr 2018 Papua-Yeni Qvineya Papua-Yeni Qvineya Port Morsbi
Mövcud deyil 16–17 noyabr 2019 (Ləğv edilib) Çili Çili Santyaqo
31-ci 20 noyabr 2020 Malayziya Malayziya Kuala Lumpur (Proqramlaşdırılmış onlayn)
32-ci 16 iyul və 12 noyabr 2021 Yeni Zelandiya Yeni Zelandiya Oklend (Proqramlaşdırılmış onlayn)
33-ci 18–19 noyabr 2022 Tailand Tailand Banqkok
34-ci 15–17 noyabr 2023 ABŞ ABŞ San-Fransisko
35-ci 10–16 noyabr 2024 Peru Peru Cusco