bax
yaddaş.
□ Yad edilmək – yada salınmaq, anılmaq, xatırlanmaq.
Yad etmək (eləmək) – yadına salmaq, xatirə gətirmək, anmaq.
Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan.
Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə.
Yad olunmaq – xatırlanılmaq, yada salınmaq, anılmaq.
Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq.
Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun.
Yada düşmək – hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq.
Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir.
Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi.
Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn.
Yada gəlmək – bax
yada düşmək.
…Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə.
Yada salmaq (gətirmək) – hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq.
– Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə.
Yaddan çıxmaq – hafizədən, yaddaşdan silinmək, unudulmaq.
Yadında olmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq.
[Çərkəz:] …Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə.
Yadından çıxmaq – hafizəsindən silinmək; unutmaq.
Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. C.Məmmədquluzadə.
[Mirzə:] Çox razıyam sizdən.
Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev.
// Yadımdadır şəklində – yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam.
…Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.