1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi).
// sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. – Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir.
□ Zil pərdə – yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda).
Zilə çəkmək – simli musiqi alətini yüksək tonda kökləmək; zil pərdədə çalmaq. Tarı zilə çəkmək.
// bax zilə qalxmaq.
Zilə gətirmək – bax zilə çəkmək. Sazı zilə gətirmək.
Zilə qalxmaq – oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək;
// zil pərdədə çalmaq.
2. köhn. Zəng.
◊ Zilə çəkmək məc. – 1) çox şişirtmək, ifrata varmaq;
2) sınamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq.