1. Qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq. Sənaye ilə kənd təsərrüfatı arasında əlaqə. Elmlə praktika arasında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq əlaqələrin möhkəmlənməsi. Qohumluq əlaqəsi.
// Qarşılıqlı asılılıq, bir-birindən asılı olma. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri ilə əlaqəsi.
// Sıx münasibət, yaxınlıq, bağlılıq. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək. Onlarla mənim heç bir əlaqəm yoxdur.
// Ünsiyyət. Dil insanlar arasında əlaqə vasitəsidir.
2. Münasibət. Aralarında səmimi əlaqə var.
3. Sevgi, ürək bağlılığı, məhəbbət.
4. Cinsi yaxınlıq, müaşiqə.
5. Yaxın tanışlıq, dostluq, yaxınlıq. Musiqi aləmi ilə onun yaxın əlaqəsi vardır. – [Mehriban] bu vaxtadək kimsənin qarşısında boyun əyməmişdi.
6. Rabitə, rabitə vasitəsi. Canlı əlaqə.
7. Maraq, münasibət. Əlaqə göstərmək. Əlaqə oyandırmaq.
8. İştirak, hissəsi olma, payı olma, aidiyyəti olma. Kitabın tərtibində onun da əlaqəsi var.
9. Dəxli olma, münasibəti olma; aidiyyət.