1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. Ərəb dili. Ərəb xalqı. Ərəb ölkələri.
– Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əskilməz.
Haqq yolunda mübarizə şüarıyla çıxdın yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola!
2. məc. Qara adam, zənci mənasında. Bu lap ərəbdir ki.
◊ Ərəb atı – xüsusi cins, əla minik atı.
Səyirtdi düzlərdə ərəb atları; Ayaqlar altında insan başları.
Ərəb rəqəmləri – Rum rəqəmlərinə qarşı olaraq indi işlənməkdə olan rəqəmlər (1, 2, 3 və s.).
Ərəb rəqəmləri qədim vaxtlarda heç bir millət arasında mütədavil deyildi.