ƏNRƏMƏK
ƏNSƏ
OBASTAN VİKİ
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Ənsar (İslam)

Ənsar xəlifə Qaradağlı
Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Ənsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi. Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi. Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu.
Ənsar əd-Din
Ənsar əd-Din (ərəb. أنصار الدين‎ «din müdafiəçiləri») — 2012-2013-cü illərdəki Tuareq qiyamında fəal iştirak edən Malinin şimalındakı tuareq-islamistlər terror qrupu. Hərəkatın qurucusu İyad Аq Qali. 2012-ci ilin yazında qrupun sayı 300 döyüşçü idi; digər mənbələrə görə 2012-ci ilin aprelində Ənsarəddinin sayı yüz nəfəri keçmədi . Qrup ilk olaraq 30 mart 2012-ci ildə özünü yüksək səslə elan etdi, Kidal (Mali) şəhərini ələ keçirdi və qərargahını orada qurdu ; 2 apreldə hərəkat Tombuktu şəhəri üzərində nəzarəti quraraq separatçıları oradan sıxışdırdı (Əzəvadın Azadlığı Uğrunda Milli Hərəkat). Qrupun liderlərindən biri Ömər Hamaxa, məqsədlərinin Əzəvadın ayrılması deyil, bütün Malidə bir şəriət dövləti yaratmaq olduğunu söylədi (digər mənbələrə görə, yalnız Malidə deyil, Cezayir, Nigerira və Mavritaniyada da) ). 2013-cü ilin yanvarında hərəkatın bölmələri Kona şəhəri uğrunda Fransa-Mali birlikləri ilə vuruşdu. 20 noyabr 2015-ci ildə bu qruplaşma xadimləri, Malinin paytaxtı Bamakoda Radisson Blu otelini ələ keçirdi. 6 Rusiya vətəndaşı da daxil olmaqla 19 nəfər öldürüldü.
Ənsar əl-İslam
Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام‎) ‎ — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır. Rəhbəri Fərəc Əhməd Nəcməddindir. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var. "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı. 2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir.
Ceyş əl-Mühacirin vəl-Ənsar
Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır. == Tarixi == Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb. 2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb. == Qruplaşmanın tərkibi == Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir. 2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.
Bəra ibn Azib ibn Haris əl-Ənsari
Bəra ibn Azib ibn Haris əl-Ənsari (ərəb. البراء بن عازب‎; 600, Mədinə – 690, Kufə) — Məhəmməd peyğəmbərin səhabəsi və ondan hədis ötürən. == Həyatı == O, Mədinə şəhərində anadan olmuşdur. O, Aus qəbiləsinin Banu Haris sülaləsindən idi. Müsəlmanların Mədinəyə köçməsindən əvvəl erkən yaşda İslamı qəbul etmişdir. Atası ondan əvvəl İslamı qəbul etmişdir. İbn Ömər və Üsamə ibn Zeyd kimi, gənc yaşına görə müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etməsi qadağan edilmişdir. Uhud və Xeybər yaxınlığındaki döyüşlərdən sonra müsəlmanların demək olar ki, bütün döyüşlərində iştirak etmişdir. Tarixçilərə görə, o, 14-18 döyüşlərdə iştirak etmişdir. 631-ci ildə Xalid ibn Vəlidlə birlikdə İslamı yaymaq üçün Yəmənə yollandı.
Bəyazid Ənsari
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Kərim Ənsarifərd
Kərim Ənsarifərd (3 aprel 1990, Ərdəbil) — futbolçu. == Həyatı == Kərim Ənsarifərid 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. İran milli futbol komandasının Azərbaycan əsilli futbolçusudur. İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur.
Mehdi Ənsari
Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Xacə Abdulla Ənsari
Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari (4 may 1006–8 mart 1089) — Məşhur təsəvvuf alimi. Məşhur təsəvvuf xadimi Xacə Abdullah Ənsari 1006-cı ildə Heratın Kuhəndiz qalasında doğulmuşdur. O, Həzrət Məhəmməd Peyğəmbərin (s) şərəfli səhabəsi Əbu Əyyub Ənsarinin nəslindən idi. Xacə Abdullah Ənsari şəriət elmlərini də mükəmməl bilirdi; buna görə ona Şeyxülislam ləqəbi verilmişdi. Ənsarinin rəvan üsubda qələmə aldığı irfani əsərləri, saf ilahi eşqlə dolu olan münacatları məşhurdur. Ən tanınmış kitabları "Mənazilus-sairin" və Qurani-Kərim təfsiridir. Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Xacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar. Əbu İsmayıl Xacə Abdullah Ənsari ibn Əbu Mənsur Bəlxi bin Cəfər bin Əbu Mü'əz bin Məhəmməd bin Əhməd bin Cəfər bin Əbu Mənsur əl-Təəbi'i bin Əbu Əyyub əl-Ənsari. Xacə Abdullah əl-Ənsarinin törəmələrindən bəziləri Hindistana köçmüş və İslam düşüncəsi, maarif və sufizmin orada yayılmasını təmin etmişlər.
Xacə Abdullah Ənsari

Zəkəriyyə əl-Ənsari
Zəkəriyyə əl-Ənsari (1420 – 1520, Qahirə) — Misir tarixçisi, alimi. O, Zeynuddin Zəkəriyya ibnu Muhəmməd ibnu Zəkəriyya əl Ənsari əs Süneyki əl Əzhəri əş Şafidir. Künyəsi Əbu Yəhyadır. Misirdəki Süneykə deyilən bölgəyə nisbət edilir. İmam, Hicri 823 və ya 824-cü ildə Süneykədə anadan olmuşdur. Bəziləri də hicri 826-cı ildə doğulduğunu deyir. Süneykədə kiçik yaşda Quranı əzbərləyir, fiqhi elmlərə sahib olur. Sonra 841-ci ildə Əzhar Universitetinə daxil olur. Orada bir çox mətnləri əzbərləyir. Bundan başqa Zəkəriyya əl Ənsari bir çox alim və məşəyixdən dərs alır.
Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah. Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir.
Şeyx Cabir Ənsari
Şeyx Cabir ibn Abdullah Ənsari (607, Mədinə – 697 və ya 696, Mədinə) — Həzrət Məhəmməd peyğəmbərin sahəbəsi. Cabir ibn Abdullah 607-ci ildə Həzrəc qəbiləsində anadan olmuşdu. Həzrət Məhəmmədə, Həzrət Əliyə və Əhli-beytə sədaqətli adamlardan idi. Ənsarların ilk müsəlmanlarındandır. Şeyx Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: "Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin qəbrinin kənarına çatdıq, mənə söylədi: "Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim.
Şeyx Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Əbu Əyyub əl-Ənsari
Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir.
Ənsarilər
Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية‎ - Al-Nusayrīyah, ya da ərəb. العلوية‎ - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".
Ənsariyyə dağları
Ənsariyyə dağları (ərəb. جبل الأنصاريّة‎) — Suriyanın qərbində dağ sistemi.
Ənsarül-İslam
Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام‎) ‎ — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır. Rəhbəri Fərəc Əhməd Nəcməddindir. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var. "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı. 2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir.
Ənuşə Ənsari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Əbu Əyyub Ənsari
Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir.
Səd ibn əl-Hərs əl-Ənsari
Səd ibn əl-Hərs əl-Ənsari (ərəb. سَعد بن الحَرث (الحارِث) الأنصاری‎) — 680-ci ilin (hicri 61-ci il) Aşura günü Kərbəla döyüşündə şəhid. Səd Xəzrəc qəbiləsindən idi. Səd və qardaşı Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari Nəhrəvan döyüşündə xəvariclərdən idilər və Ömər ibn Sədin ordusu ilə Kufədən Hüseynlə vuruşmağa gəlmişdilər. Aşura günü günorta çağı Hüseyn ibn Əlinin bütün səhabələri şəhid olduqdan sonra Hüseyn səsləndi: "Ah, bizə kömək edəcək bir köməkçi yoxdurmu? Ah, Peyğəmbərin ailəsini müdafiə edəcək bir müdafiəçi yoxdurmu?" Hüseynin çadırlarında olan qadınlar və uşaqlar çağırışı eşidib ağlamağa başladılar. Səd və onun qardaşı Əbu əl-Hütuf qadın və uşaqların fəryadı ürəklərini tutduqda, xəvaric şüarını səsləndirdilər: “Hökm yalnız Allaha məxsusdur və Ona asi olana itaət olmaz” və sonra bəyan etdi ki, "Hüseyn Peyğəmbərin qızının oğludur, Qiyamət günü onun şəfaətini özümüzə arzulayırıq. O, belə vəziyyətdə, köməkçisi olmayan, Kərbəla səhrasında tək dayanıb kömək diləyən halda biz onunla necə döyüşə bilərik?" Onlar Ömər ibn Sədin ordusuna qarşı çıxdılar və qılınclarını qınından çıxardılar. Səd və qardaşı şəhid olana qədər çoxlu əsgər öldürdülər. Ancaq başqa bir mənbə hekayəni bir qədər fərqli şəkildə nəql edir.
Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci
Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari əl-Xəzrəci (ərəb. عبد الرحمن بن عبد رب الأنصاری الخزرجی‎) — Kərbəla döyüşündə şəhid olan peyğəmbərin və Əlinin səhabələrindən biri. Əbdürrəhman Qədir-Xum gününə şahid olan və Qədir-Xum hədisini nəql edən Peyğəmbərin səhabələrindən idi. Əli ibn Əbu Talib ər-Ruhbə günü Qədir gününə şahid olan səhabələrdən Peyğəmbərin canişinliyi haqqında şəhadət vermələrini istədi. Əbdürrəhman ibn Əbdrəbb əl-Ənsari kimi səhabələrdən bəziləri ayağa qalxıb dedilər: “Biz şəhadət veririk ki, biz Peyğəmbərin belə dediyini eşitmişik: “Diqqət edin ki, Uca və Cəlal Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam. Diqqət et ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Əli ona Quranı öyrətdi. Bəzi mənbələrə görə, Əbdürrəhman Məkkədən Hüseyn ibn Əlinin karvanına qoşulmuşdur. Rəvayət edilir ki, Tasua günü Büreyr ibn Xudeyr əl-Həmdani Əbdürrəhmanla zarafatlaşırdı. Əbdürrəhman ona dedi: “İndi zarafat vaxtı deyil”. Büreyr cavab verdi: "Ey qardaş!
Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari
Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari (ərəb. أبوالحتوف بن حَرث (الحارث) الأنصاری‎) — Kərbəla döyüşündə şəhid. O, həmçinin Əbu əl-Hütuf Sələmə ibn əl-Hərs əl-Ənsari əl-Əclani kimi tanınırdı və atasının adı əl-Hərs ibn Sələmə əl-Ənsari əl-Əclani idi. Əbu əl-Hütuf Kufədən idi, Bəni-Əclan qəbiləsindən, Kufədəki xəvariclərdən və Mədinədə ənsardan olan Xəzrəc qəbiləsindən idi. Əbu əl-Hütuf və qardaşı Səd ibn əl-Hərs Hüseynlə döyüşən Ömər ibn Sədin ordusunun bir hissəsi idi. Aşura günü Hüseynin iki nəfəri olan Süveyd ibn Əmr ibn Əbu Mutə və Bəşir ibn Əmr əl-Hədramidən başqa bütün səhabələri şəhid olduğu zaman Hüseyn kömək istədi. Əbu əl-Hütuf və qardaşı Səd Hüseynin çağırışını və Məhəmməd peyğəmbərin ailəsindən olan qadın və uşaqların fəryadını eşidəndə dedilər: “Hökm yalnız Allaha məxsusdur və biz günah edənə itaət etmirik. Bu, Peyğəmbərimizin qızının oğlu Hüseyndir. Onun əsgəri olmadığı halda, Qiyamət günü babasının şəfaətinə ümid bəslədiyimiz halda, onunla necə döyüşə bilərik?” Bu zaman qılınclarını çəkib Hüseynin ordusuna tərəf keçdilər. Üç nəfəri öldürdükdən və bir neçə nəfəri yaraladıqdan sonra hər ikisi bir yerdə şəhid oldular.

Digər lüğətlərdə