EFİ́R

[ yun. ]
1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.
2. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza.
Efir iclas salonunun təntənəli səsini xəbər verdi. Ə.Vəliyev.
Efirdə qarışıb səslər səslərə; Yalanlar titrəyir; Əsir havada. B.Vahabzadə.

3. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
4. kim. Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir). Efir iyi.
◊ Efir yağı – bəzi bitkilərin tərkibində olan xoşiyli uçucu yağlı maye (sənayenin bəzi sahələrində və təbabətdə işlənir).

Omonimlər

  • EFİR EFİR I is. [ yun. ] Fəza, hava. Kürsülərdə, efirdə, zəhərləyib havanı; İndi meydan sulayır neçə söz pəhləvanı
EFFEKTLİ
EFİRLİ

Digər lüğətlərdə