KABAB

is. [ ər. ] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək. Kabab bişirmək. Kababa qonaq etmək. Kabab çəkmək (tikə ətləri şişə keçirmək). – Kababı köz öldürər; İgidi söz öldürər. ( Ata. sözü ).
…Evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli.
[Səmədin] burnuna xoş, ağız sulandıran kabab iyi dəydi. İ.Hüseynov.
◊ Kabab etmək (ciyərini, ürəyini) klas. məc. – yandırmaq, yaxmaq.
Odlara salıb fəraqət əhlin; Yaxub cigərin kabab edən eşq! Xətayi.
Könül, uyma bivəfayə; Axır səni xarab eylər; Salıb eşqin atəşinə; Cigərini kabab eylər. Q.Zakir.
Kabab olmaq (ürəyi və s.) – od tutub yanmaq, alışıb-yanmaq. Ürəyi kabab oldu.
– Atəşi-eşqində dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi.
Füqəralar yanıbən zülm oduna oldu kəbab. S.Ə.Şirvani.

Kababa dönmək məc. – yanmaq, yaxılmaq. [Umud:] Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş.
Denən dədəmin ciyəri kababa dönüb. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KABAB KABAB [Qəmər:] Zöhrə, dur, kabab hazırdır (S.S.Axundov); ŞİŞLİK Ov ətindən şişlik bişirmək üçün ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızara

Etimologiya

  • KABAB M. Fasmer türk mənşəli hesab edir. Əgər göy (od) sözü ilə bağlıdırsa, onda türk mənşəlidir və bizdən ərəblərə də keçib
K
KABABÇI

Digər lüğətlərdə