TƏBİƏT

is. [ ər. ]
1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış hər şey. Təbiətin qanunları.
– Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq.

// Hər hansı bir yerin xüsusiyyətlərinin məcmusu (onun relyefi, bitki və heyvanlar aləmi, iqlim şəraiti və s.). Qafqazın təbiəti. Azərbaycanın dağlıq rayonlarının təbiəti.
– Şimalın təbiəti çox zəngindir. M.İbrahimov.

2. Şəhər və ya başqa yaşayış məntəqəsindən kənar yer və ya yerlər (meşə, dağ, çay və s.). Təbiətə yaxınlıq. Təbiətə çıxmaq.
– İnci heyrətlə təbiətin bu gözəlliyinə tamaşa edir. A.Şaiq.
Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa; Seyr etdikcə təbiəti. M.Müşfiq.

3. Xasiyyət, xarakter.
[Badisəba:] Zatən, təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi, mən də fırtına keçirməyi sevmərəm. Çəmənzəminli.
Bu iki adamın [Kərim baba və Ayrım qızının] təbiəti bir-birinə əsla uymurdu. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏBİƏT 1. TƏBİƏT, NATURA [Yavər:] Qoyun təbiət özü sizin həkiminiz olsun, latınlar deyərdi: natura sanat madikus-kurat yeni təbiət müalicə edir, təbabət müşa
  • TƏBİƏT əsl — mahiyyət — xassə — keyfiyyət
  • TƏBİƏT xasiyyət

Omonimlər

  • TƏBİƏT TƏBİƏT I is. [ ər. ] Varlıq, maddi aləm. Təbiət varlığı əlində oynadır; Ruzgarlar qudurmuş, səmalar əsəbi
TƏBİBLİK
TƏBİƏTCƏ

Digər lüğətlərdə