TAĞ₂

is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz.
Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü… Çəmənzəminli.
Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi. Mir Cəlal.

// Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü.
// Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi.
Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. Çəmənzəminli.

// Sif. mənasında. Tavanı bu şəkildə olan; tağlı.
İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAĞ tağ bax günbəz
  • TAĞ alaqapı
  • TAĞ qübbə — günbəz
  • TAĞ kol

Omonimlər

  • TAĞ TAĞ I is. [ ər. ] Bostan bitkilərinin gövdəsi. Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldır, yaşıl (Aşıq Ələsgər)
TAFTA
TAĞ₁

Digər lüğətlərdə