YA

bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır).
Ya təmə kəs həyat zövqündən; Ya ləbiləli-dilsitandan keç. Füzuli.
Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə! Aşıq Ələsgər.
Bunu da ərz edirik ki, … məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavuq adamlarının birinə yazdırıb… C.Məmmədquluzadə.

Etimologiya

  • YA Bölüşdürmə bildirənlər (ya sən, ya mən) fars mənşəlidir, müraciət bildirənlər (ya Əli...) ərəb mənşəlidir
YA₂
YABA

Digər lüğətlərdə