Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.
== Tarixi ==
Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.