Abasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968).
== Həyatı ==
Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub.
== Fəaliyyəti ==
Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb.