âme

f 1) könül, qəlb; 2) ruh, can; du fond de l'~ səmimi qəlbdən

ambulant
aménagement
OBASTAN VİKİ
AME
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. == Haqqında == XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı. 1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı. Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.
AME Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Ame-no-Vakahiko
Ame-no-Vakahiko (天若日子, azərb. Cənnətin gənc oğlu‎) – Yaponiya mifologiyasında buğda tanrısı. Şintoizmə görə Ama-tu-Kunitamanın oğludur və itaətsizliyi ilə tanınır. Cənnətdən ona verilmiş əmrləri yerinə yetirməməsi onun ölümünə səbəb olmuşdur. Xəyanətinin səbəbi Yaponiya torpaqlarını tanrıların yaşadığı yerdən üstün tutmasıdır. == Mifologiya == "Kociki" xronikalarına görə günəş tanrısı Amaterasu Yer üzündə yerləşən Bərəkətli Qamışlıq Düzənlikləri Torpaqlarındakı xaosa görə çətin vəziyyətə düşür. Ərazi zəhlətökən milçəklərlə, qayalarla və ağac kötükləri ilə dolu idi və heç bir tanrı tərəfindən idarə olunmurdu. Buna görə də Amaterasu nəvəsi Niqini-no-Mikotonun ərazinin idarəçisi olmasına qərar verir, lakin əvvəlcə ərazini dəyərləndirməsi, yol hazırlaması və hesabat göndərməsi üçün ora qəhrəman tanrı göndərməyə qərar verir. Bunun üçün əraziyə Ame-no-Hohi və onunla birlikdə yer tanrısı Opo-Kuni-Nusino da göndərilir. Lakin o, heç vaxt cənnətə hesabatını göndərmir.
Ame Antuanetta Kamus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A. Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A. Camus & E. G. Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale… E. G. Camus & A. Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A. Camus. Paul Lechevalier. París. (1912).
Elmi əsərlər (jurnal, AMEA İqtisadiyyat İnstitutu)
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır. Beynəlxalq Standart Seriya nömrələri: Çap nəşri üçün: ISSN 2519-4909 Onlayn versiyası ücün: E-ISSN 2519-4917 == Jurnal barədə == Regional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir. Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır. AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır.
Ficus americana
Ficus americana (lat. Ficus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Filippin-Amerika müharibəsi
Filippin-Amerika müharibəsi (1899–1902) — Filippinli inqilabçıların ABŞ işğalından ölkəni azad etmək üçün apardığı müharibə. Müharibə 1899-cu ildə başladı və Filippinin Amerika hakimiyyətini qəbul etdiyi 1902-ci ilə kimi davam etdi. Hökumət qüvvələri ilə filippinli partizanlar arasında kiçik qarşıdurmalar 1913-cü ilə kimi davam etdi. Bəziləri müharibənin 1899-cu ildən 1902-ci ilə kimi davam etməsi fikrindədir, 1913-cü il isə müharibənin qeyri-rəsmi başa çatdığı il hesab olunur. Müharibə 1896–1898-ci illərdə baş vermiş Filippin antimüstəmləkə inqilabının davamı və ABŞ-nin Filippinin daxili işlərinə qarışmasının nəticəsi idi. == Müharibənin səbəbləri == 1896-cı ildə Filippin adalarında ispan müstəmləkəçiliyinə qarşı kütləvi üsyan baş verdi, lakin filippinli vətənpərvərlərə güclü ölkənin dəstəyi çatışmırdı. Belə bir güclü ölkə qismində ABŞ iştirak etdi. Amerika hökuməti filippinli üsyançılara Filippini müstəqil ölkə kimi tanıyacağına söz verdi. 1898-ci ildə İspaniyaya qarşı qalxan Kuba, Filippin və Puerto-Riko üsyançılarına dəstək bəhanəsi ilə Amerika İspaniyaya müharibə elan edərək İspan-ABŞ müharibəsini başlatdı. XVI əsrdən bəri bu ölkələri öz hakimiyyəti altında saxlayan İspaniya müharibədə məğlub oldu.
Flora of North America
Şimali Amerikanın Florası (həmçinin ŞAF adlanır)ABŞ, Kanada, Müqəddəs Pierre və Mikelon və Qrenlandiya da daxil olmaqla Şimali Amerikanın yerli bitkilərini və təbiiləşdirilmiş bitkilərini təsvir edən çoxcildli əsərdir. Buraya briofitlər və damar bitkiləri daxildir. Bütün taksonlar təsvir edilir və dixotom açarlara daxil edilir, bütün növlərin və infraspesifik taksonların paylanması xəritələnir və növlərin təxminən 20%-i haqqında üçün xüsusi hazırlanmış xətt təsvirləri ilə təsvir olunur. Tamamlandıqda 30 cildi dolduracağı və Meksikanın şimalındakı bütün məlum floranın müalicəsi üçün ilk iş olacağı gözlənilir. Cildlərin iyirmi biri nəşr edilmişdir. Dərcdən qısa müddət sonra məzmunlar onlayn olaraq əlçatan olur. ŞAF dünyanın hər yerindən 1000-ə yaxın müəllif, rəssam, rəyçi və redaktorun əməkdaşlığıdır. == İstinadlar == "Flora of North America" eFloras.org 2012-11-05 ŞAF rəsmi saytı.
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
FİBA Amerika Liqası 2013
FİBA Amerika Liqası 2013 - Amerika basketbolunun başlıca qitə turnirinin 6-cı oyunları
Giovanni Amendola
Covanni Amendola (15 aprel 1882[…], Neapol, İtaliya krallığı – 7 aprel 1926[…], Kann) — italiyalı jurnalist və siyasi xadim. Sui-qəsd nəticəsində öldürülüb.
Graptopetalum amethystinum
Graptopetalum amethystinum (lat. Graptopetalum amethystinum) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Heyli Smit (Amerikan ata!)
Heyli Arzuməhvedən Smit-Fişer (ing. Hayley Dream-Smasher Smith-Fischer) — Amerikan ata! televiziya serialında Sten və Fransin Smitin qızı. Serialın yaradıcısı Set Makfarleynin bacısı Reyçel Makfarleyn tərəfindən səsləndirilib. == Xarici görünüş == Heyli bütün serialarda başının alın nahiyyəsində çəhrayi güllərlə bəzədilmiş yaşıl rəngli hippi bandajı gəzdirir (hayrat bandajı). Onun orta uzunluqda qara saçları var, boynunda isə "Pasifik" işarəsi olan zənciri, göbəyində isə qızıl üzük formasında pirsinqi var. Geyiminə gəldikdə isə, o çox vaxt boz rəngli kofta və tünd mavi cins geyinir və şalvarın üstündən ağ rəngli kəmər taxır. Ayaqlarında həmişə qəhvəyi sandal ayaqqabılar olur. == Bioqrafiya == Heyli — müasir amerikan gənclərinin tipik nümayəndəsidir. O özündən başqa hər kəsə çox tələbkardır.
IV Amenhotep
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. == Həyatı == IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
IV Amenofis

I Amenemhet
I Amenemhet (I Amenemhat; ən geci e.ə. 1991 – yanlış tarix (etibarsız dəqiqlik)) — XII sülalə qədim Misir fironu, təxminən e.ə. 1994 – 1975 ci illərdə təkbaşına, son on ili e.ə. 1965 ci ilə kimi oğlu I Sesostrislə birlikdə hıkumdarlıq etmişdir. == Mənşəyi == Şəxs kimi adı "Amun yüksəkdədir (zirvədədir)" və ya "Zirvə(dəki) Amun" olmuşdur. Həyat yoldaşı hansısa Nefertat olmuşdur. Anası Nofret Elefantinali nubierlərdən, "Neferti kahinliyi"nə əsasən cənub əyalətli olmuşdur. Atası Sesostrisin kimliyi haqqında elə bir dəqiq məlumat yoxdur. == Hökmranlığı == Fərz edilir ki, I Amenemhet IV Mentuhotepin (eyniadlı) vəziri ilə eyni şəxsdir. Hakimiyyətə hansı yolla gəlməsi məlum deyildir.
I Amenhotep
I Amenofis, I Amenhotep (e. ə. XVI əsr, Yeni padşahlıq, Qədim Misir – təq. e.ə. 1504) — Misirin Qədim dövrünə aid XVIII sülalə fironu.
I Amenofis
I Amenofis, I Amenhotep (e. ə. XVI əsr, Yeni padşahlıq, Qədim Misir – təq. e.ə. 1504) — Misirin Qədim dövrünə aid XVIII sülalə fironu.
K2-yə Amerikan Karakorum ekspedisiyası (1938)
1938-ci il tarixli Amerikan Karakorum ekspedisiyası, daha düzgün şəkildə "Birinci Amerika Karakorum ekspedisiyası" adlandırılan qrup dünyanın ikinci ən yüksək dağı olan 8.611 m Çoqori (həmçinin K2 adlanır) zirvəsinə çatmaq üçün bir neçə marşrutu araşdırdı. Çarlie Houston kiçik və xoşbəxt bir alpinist qrupa liderlik edirdi. Abruzzi silsiləsinin ən əlverişli yol olduğuna qərar verdikdən sonra 19 iyul 1938-ci il tarixdə 7500 m məsafədə silsilənin yüksəkliyinə qədər yaxşı irəliləyiş əldə etdilər. Lakin o vaxta qədər tədarükləri azaldı, qida çatışmırdı və musson yaxınlaşırdı. Houston və Paul Petzoldt zirvəyə bacardıqları qədər yaxınlaşmaq üçün son bir təkan verməli olduqlarına və sonra qrupun qalan hissəsilə orada qovuşacaqlarına qərar verildi. 21 iyulda cütlük təxminən 7.900 m yüksəkliyə çatdı. Əlverişli hava şəraitində daha yüksək düşərgə üçün uyğun bir yer və zirvəyə gedən aydın bir yol müəyyən edə bildilər. Ekspedisiya uğurlu sayılırdı və heç kim ciddi xəsarət almamışdı. Abruzzi silsiləsinə qədər uyğun bir yol ətraflı araşdırılmış, çadırlar üçün yaxşı yerlər tapılmışdı (gələcəkdə bir çox ekspedisiyalarda istifadə ediləcək yerlər idi) və dırmanmanın texniki cəhətdən ən çətin hissəsini 6700 m məsafəni "Evin bacası" ("House's Chimney" -iki saatlıq qaya üzərinə çıxmağa rəhbərlik edən Bill Houseun adı ilə əlaqəlidir) qədər müəyyənləşdirmişdilər. Komandanın ortaq şəkildə yazdığı "Five Miles High" (Bates & Burdsall 1939) kitabı da uğurlu hesab olunur.
Koku Ameqaşi
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa Amerika 2021
Kopa Amerika 2021 - Amerika qitəsinin rəsmi futbol qurumu olan CONMEBOL tərəfindən keçirilən qitə çempionatı. UEFA Avro 2020 kimi Kopa Amerika da 2020-ci ildə keçirilməli idi. Lakin qitə futbol qurumları birlikdə qərar verərək hər iki turnirin bir il sonraya təxirə salınmasına qərar verdilər. Turnirin əslində ötən il Argentina və Kolumbiyada keçirilməsi nəzərdə tutulsa ölkələrin əhalisinin kəskin etirazları nəticəsində qitənin ali futbol qurumu 20 may 2021-ci il tarixində təhlükəsizlik səbəbi ilə turnirin Braziliyada keçirilməsinə qərar verdi. Turnirə 13 iyunda start götürür, 10 iyulda isə final qarşılaşması ilə yekun vurulur. Turnirdə 10 milli komanda iştirak edir. == Komandalar == Bu turnirdə son 2 Asiya çempionu olan Qətər və Avstraliya da iştirak edəcəkdi. Lakin komandaların 23 fevral 2021-ci ildə verdikləri qərarda növbəti il Qətərdə keçiriləcək Dünya Çempionatını oyunlarının ağırlığı səbəbi ilə turnirdə iştirakdan imtina etdilər. Beləliklə Kopa Amerikanın 2021-ci ildə keçirilən sayca 47-ci olan turnirdə 10 komanda iştirak edir. Belə ki, qitənin şimalını təmsil edən 5 komanda Şimal Zonası qrupunda, cənubu təmsil edən 5 komanda isə Cənub Zonası qrupunda mübarizə aparacaqlar.
Kopa Amerika Sentenario
== Planlaşdırma == === İdman direktorunun korrupsiyası === Copa America Sentenario 2016'nın qalibi 2-ci dəfə Çili milli komandası olmuşdur == Ev sahibinin seçilməsi == == Keçirələcək yerlər == == İştirakçı komandalar == Artıq CONMEBOL və KONKAKAF-ın rəsmi nümayəndələri təsdiqləyiblər ki, turnirdə bütün 10 CONMEBOL üzvləri və 6 KONKAKAF üzvü iştirak edəcəkdir. ABŞ və Meksika turnirə birbaşa vəsiqə qazanıb. Digər dörd KONKAKAF təmsilçisi isə müəyyən uğurlarına görə bu turnirdə iştirak edirlər. Kosta-Rika Mərkəzi Amerika Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Kopa Sentroamerikana turnirinin qalibi olub. Yamayka isə Karib Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Karib Kubokunun qalibi olub. Haiti və Panama isə iki pley-offun qalibi və 2015 KONKAKAF Kubokunun ən yaxşı 4 komandasından biri olduqları üçün turnirə vəsiqə qazanıb. == Püşkatma == == Komandalar == Komandaların çoxu turnirə 23 nəfərlik heyət ilə gələcəklər. (oyunçulardan 3-ü mütləq qapıçı olmalıdır). == Hakimlər == == Açılış mərasimi == == Qrup mərhələsi == === Tay-breklər === === A qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq. Mənbə: CONMEBOL & CONCACAF Arxivləşdirilib 2016-06-13 at the Wayback Machine Klassifikasiya üçün qaydalar: Qrup mərhələsinin reqlamenti === B qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq.
Larix americana
Amerika qara şamı (lat. Larix laricina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Tundra zonasında cənubda, Alyaska, Kanada və Pensilvaniya ştatlarında bitir. Şimalda çayların və göllərin sahillərində təmiz əkinlər əmələ gətirir və qara küknar, Kanada küknarı və kağız tozağacı ilə birlikdə qarışıq meşələrdə bitir. Hündürlüyü 25 m-ə qədər, çətiri ensiz-piramida formalı və ya konusvarı, budaqları aşağıya sallanmış, yarpağını tökən ağacdır. Gövdəsinin rəngi tünd qonurdan boz rəngə qədər dəyişir. Cavan zoğları qonur-narıncı, göyümtül çalarlıdır, çılpaq və ya seyrək tükcüklüdür. Uzunluğu 3 sm olan iynəyarpaqları yazda çox zəif, açıq yaşıl olur, sonradan tündləşir. İşıqsevən və yavaş böyüyən cinsdir.
Larix americana var. incurva

Larix americana var. prolifera

Larix americana var. rubra

Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.