Alqoritmin tərtibi
Anlayış
OBASTAN VİKİ
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana dili (abidə)
"Ana dili" abidəsi — Naxçıvan şəhərinin mərkəzi meydanlarından birində Azərbaycan dilinin şərəfinə ucaldılmış abidə. Azərbaycan dilinin əbədiliyinin rəmzi kimi Naxçıvan şəhərində Həsən Əliyev küçəsində ucaldılmışdı. Abidənin qoyuluşu Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" fərmanına uyğun olara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə həyata keçirilmişdir. Naxçıvan şəhərində Həsən Əliyev küçəsində 27 fevral 2004-cü il tarixində ucaldılmışdır. Ana dilimiz milli kimliyimizdir.
Ana dili (qəzet)
"Ana dili" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Qəzet 1901-ci ildə Təbrizdə nəşr edilmişdir. Təsisçisi və redaktoru Hüseyn Ədalət idi.
Beynəlxalq Ana Dili Günü
Beynəlxalq Ana Dili Günü — (BMT dillərində: ing. International Mother Language Day, isp. Día Internacional de la Lengua Materna, ing. la Journée internationale de la langue maternelle) — UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Ağ Ana
Ağac Ana
Barak Ana
Börü Ana
Bürküt Ana
Bəsləyən ana
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Daş ana
Daş ana və ya daş nənə – qədim türk qəbilələrində məzar daşı. Daşnənə gələnəyi əsasən qədim kuman (Hakkari) boyları və ortaçağ kuman-qıpçaq boylarında görünür. Türk ellərində(daşnənədən isə imdad istəyirlər).
Geyik Ana
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
May Ana
Nayman Ana
Nayman Ana - türk və qırğız əfsanələrində adı çəkilən qadın. Manqurt dastanında oğlunu qurtarmağa çalışarkən ölür. Manqurt halına çevrilən oğlu tərəfindən öldürülmüşdür. Ruhu Dönənbəy (Dönenbay) adlı bir quşa çevrilmişdir. Məzarı müqəddəslik qazanmışdır. Naymanlar adlı bir türk-monqol boyu ilə əlaqəlidir. Monqolların səkkiz boyunun anası sayılır. (Nay/Yat) kökündən törəmişdir. Yayan, doğuran deməkdir. Monqolca səkkiz rəqəmi ilə əlaqəlidir.
Od Ana
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Su Ana
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Torpaq Ana
Ud Ana
Ud Ana — türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur.
Ulu Ana
Yel Ana

Digər lüğətlərdə