AYGÜLƏ
AYGÜNƏ
OBASTAN VİKİ
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Aygün (albom)
Aygün – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir. Əsərin müəllifi Eldar Mansurovdur. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Я и ты" — 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır. "Matros" — 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir. "Məhəbbət üçbucağı" — 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Aygün Attar
Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016). == Həyatı == Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur. == Mükafatları == Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb. 15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Aygün Attar (Haşimzade).
Aygün Bayramova
Aygün Bayramova (tam adı: Aygün Əliqulu qızı Bayramova; d. 13 avqust 1967, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı. == Həyatı == Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirmişdir. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır. 1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa etmişdir. Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aygün Bəylər
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. === Ölümü === 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.
Aygün Diridağlı
Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015). == Həyatı == Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
Aygün Hümbətova

Aygün Həsənoğlu
Aygün Kazımova
Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Azərbaycan Respublikasının Xalq artisti (2008). == Həyatı və karyerası == Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü – sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.
Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyat və yaradıcılığı == Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir. Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.
Aygün Hümmətova
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. === Ölümü === 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.
Aygün Quliyeva
Aygün (film, 1960)
Aygün tammetrajlı bədii televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır. Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər. == Məzmun == Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (Nəcibə Məlikova), Əmirxan (Həsənağa Salayev) və onların qızları Ülkər (Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir.
Aygün Həsənova (Diridağlı)
Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015). == Həyatı == Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
Aygün Kazımova diskoqrafiyası
Aygün Kazımovanın 1988-ci ildən bu günə kimi 9 albomu işıq üzü görüb. Albomları Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Almaniya və Azərbaycanda istehsal olunmuşdur. === Albomları === ==== LP albomları ==== ==== Studiya albomları ==== ==== EP albomları ==== ==== Karaoke albomları ==== ==== Yığma albomları ==== ==== Canlı albomları ==== === Sinqlları === == Klipləri == == Saundtrek == == Aygün Kazımova tərəfindən bəstələnmiş mahnıların siyahısı == == Solo konsertlər == Siyahıda əskiklik var, tamamlamağa kömək edin.
Aygün Kazımovanın diskoqrafiyası

Aygün Kazımovanın filmoqrafiyası
Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Azərbaycan Respublikasının Xalq artisti (2008). == Həyatı və karyerası == Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü – sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.
Aygün Kazımovanın videoqrafiyası
Azərbaycanın "Xalq artisi" Aygün Kazımovanın videoqrafiyası; 70-dən çox klip, 10-dan artıq film, 15-dən çox TV layihə və 10-dan çox reklam filmidən ibarətdir. Aygün Kazımova qızı İlgarə Kazımovanın "Mənim anam", Namiq Qaraçuxurlunun "Bu məhəbbət", Boris Bayramovun “Aromatik” kliplərində rol almışdır. Aygün Kazımova "Bir söz yetər", "Vətən anadır" mahnılarına çəkilən kliplərinin rejissorudur. == Klipləri == Siyahıda əksiklik var, tamamlamağa kömək edin. == TV layihələri == == Yığma video albomları == == Filmoqrafiya == == Reklamlar == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Aygün Kazımovanın ifaları
Aygün Kazımovanın ifaları – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomu. Alboma 41 mahnı daxildir. Albom Xalq artisti, bəstəkar Eldar Mansurovun prodüserliyi ilə işıq üzü görmüşdür. Albomdakı Bir Payız Gecəsi mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan "Erməni işıqları" adlı albomuna daxil etmişdir. Albomdakı Xatirə mahnısı Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun bəstələri daxildir. Albomda 1988-ci ildən 2016-cı ilə qədər Aygün Kazımovanın ifasında Eldar Mansurovun bəstələri yer almışdır. Albomda Vahid Əziz, Piruz Dilənçi, Bəxtiyar Vahabzadə, Baba Vəziroğlu, Xanım İsmayılqızı, Tufan Tərlanoğlu, İkram Əliyev, Münəvvər Mansurova, İsmayıl Dadaşov, Kəmalə Qasımova, Pənah Rüstəm, Natiq isalı, Elçin İmanov, Namiq Qaraçuxurlu kimi şairlərin şeirlərindən istifadə olunmuşdur. Pop Diva Aygün Kazımova albomdakı "Bu Sevgi", "Gecələr Keçir", "Mən Aydan Gəlmişəm", "Uzaqlıq", "Vokaliz", "Xatirə" mahnılarına klip çəkmişdir. Albomdakı "Bu sevgi" mahnısı ilə Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində çıxış etmişdir.
Aygün TV
"Aygün" TV – Azərbaycanda fəaliyyət göstərən regional televiziya kanalı. "Aygün" TV 25 yanvar 1996-cı il tarixdə fəaliyyətə başlamışdır. "Aygün" TV 12-ci kanalla yayımlanır. Direktor Abasov Rüstəm Habil oğludur Aygün" TV–nin həftəlik yayımının ümumi həcmi 35 saat təşkil edir. Ümumi efir vaxtının 25,7 faizini ölkədə istehsal olunan proqramlar, 55,3 faizini xaricdə istehsal olunan proqramlar, 19 faizini şəxsi istehsal proqramları təşkil edir. Aygün" TV–nin yayım dilini dövlət dili (50,2%), əcnəbi dil (49,8%) təşkil edir. 14 fevral 2014-cü ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib. MTRŞ televiziya kanalının lisenziyasının uzadılmaması bağlı məsələyə də aydınlıq gətirib.
Aygün Televiziyası

Aygün Zeynalova
Aygün Mübariz (tam adı:Qurbanova Aygün Mübariz qızı;1979, Bakı) — Azərbaycan Respublikası əməkdar artisti == Həyatı və təhsili == Zeynalova Aygün Mübariz qızı 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə "The British Council Training Centre"- ində təhsili yüksək balla, 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin bakalavr, 1998-2000-ci illərdə həmin Universitetin magistratura pillələrini "fərqlənmə diplomu" ilə bitirmişdir. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycanın Xalq artisti, prof. Xuraman Qasımovanın "solo oxuma" sinfini yüksək qiymətlərlə bitirmişdir. Üzəyir Hacıbəyovun "Arşın mal alan" operettasında baş rol – Gülçöhrə obrazını özünəməxsus ustalıqla yaratmışdır. 2007-ci ildə SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və gənc vokalçının ifası onun tərəfindən yüksək qiymətləndirilmişdir. === Ailəsi === 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışır. Bülbül adına orta ixtisas Musiqi məktəbində dərs deyir. === Beynəlxalq tədbirlərdə iştirakı === 2006-cı ildə Avstiyanın Vyana şəhərində keçiriləcək vokalçıların Beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə Juri nümayəndəsi tərəfindən Bakıda dinlənilib, bəyənilərək "25th International Hans Gabor Belvedere Singing Competition" II turunda iştirak etməyə dəvət almışdı, lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.
Aygün Əliyeva
Aygün Nazif qızı Əliyeva (29 iyul 1988, Koqalım, Tümen vilayəti) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru (23 noyabr 2021-ci il). == Həyatı == Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib (2006–2012). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb (2013–2015). Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsil alıb (2015–2018). Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2010–2012-ci illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor köməkçisi, 2012–2013-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Mərkəzi ofisində Layihələr üzrə koordinator, 2013-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı, 2013–2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020–2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri, 23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib. === İctimai fəaliyyəti === 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 15 aprel 2009-cu ildən 29 yanvar 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini, 10 fevral 2010-cu ildən 2012-ci ilə kimi Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının sədr müavini, 29 yanvar 2010-cu ildən 2015-ci ilə qədər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısıdır (2021).
Aygün Şou (konsert)
Aygün Kazımova - 30 il (konsert)
Aygün Kazımovanın ifaları (albom)
Aygün Kazımovanın ifaları – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomu. Alboma 41 mahnı daxildir. Albom Xalq artisti, bəstəkar Eldar Mansurovun prodüserliyi ilə işıq üzü görmüşdür. Albomdakı Bir Payız Gecəsi mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan "Erməni işıqları" adlı albomuna daxil etmişdir. Albomdakı Xatirə mahnısı Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun bəstələri daxildir. Albomda 1988-ci ildən 2016-cı ilə qədər Aygün Kazımovanın ifasında Eldar Mansurovun bəstələri yer almışdır. Albomda Vahid Əziz, Piruz Dilənçi, Bəxtiyar Vahabzadə, Baba Vəziroğlu, Xanım İsmayılqızı, Tufan Tərlanoğlu, İkram Əliyev, Münəvvər Mansurova, İsmayıl Dadaşov, Kəmalə Qasımova, Pənah Rüstəm, Natiq isalı, Elçin İmanov, Namiq Qaraçuxurlu kimi şairlərin şeirlərindən istifadə olunmuşdur. Pop Diva Aygün Kazımova albomdakı "Bu Sevgi", "Gecələr Keçir", "Mən Aydan Gəlmişəm", "Uzaqlıq", "Vokaliz", "Xatirə" mahnılarına klip çəkmişdir. Albomdakı "Bu sevgi" mahnısı ilə Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində çıxış etmişdir.
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlar — azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı. Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Space TV-də "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Armenia Laureat-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Uşaq bağçalarında ən çox dinlənən sənətçi musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir. Aygün Kazımova səhnədə Coffee from Colombia mahnısını ifa etmişdir.
Şou Aygün Rəhimli (konsert)
Fariz Bədəlov və Aygün Şahmalıyevanın ölümü
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.