Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «K» – 2694
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 

KÁFEL

[alm.] 1. Üzərinə şir çəkilmiş çox nazik kərpic; kaşı.
ətraflı

KAFELÇİ

is. xüs. 1. Kafel hazırlayan, kafel qayıran usta, fəhlə. 2. Kafel (kaşı) çəkən usta.

KAFELLİ

sif. Üzünə kafel (kaşı) çəkilmiş. Kafelli divar. Kafelli mətbəx.

KAFEŞANTAN

[fr.] Adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana.
ətraflı

KAFƏR

klas. bax kafir. Səni qoyub, bütə eylər ibadətin kafər; Əzabi-duzəxə ol vəchdən olur qabil.
ətraflı

KAFİ

sif. [ər.] 1. Kifayət edən, bəs edən, tələbi təmin edən.
ətraflı

KAFİLİK

is. Kifayət etmə, kafi olma; bəslik.

KAFİR

sif. [ər.] 1. Müsəlman olmayan, islam dininə etiqad etməyən; qeyri-müsəlman.
ətraflı

KAFİRCƏSİNƏ

zərf İnsafsızcasına, zalımcasına.

KAFİRLİK

is. 1. Allahı inkar etmə; müşriklik, dinsizlik, küfr.
ətraflı

KAFTAN

is. köhn. Uzunətəkli qədim kəndli paltarı; don.
ətraflı

KAFTANLI

sif. köhn. Əyninə kaftan geymiş. Kaftanlı kəndli.

KAFTAR

is. 1. zool. Səhra və yarımsəhra yerlərdə yaşayan və başlıca olaraq leş yeməklə keçinən yırtıcı məməli heyvan; goreşən.
ətraflı

KAFTARKUS

1. B a x kaftar 2-ci mənada. [Fərzəli:] Görmürsən bu kaftarkusu, necə bu Alagöz qızın üstünə xoruzlanır? S.
ətraflı

KAFTARLAŞMA

“Kaftarlaşmaq”dan f.is.

KAFTARLAŞMAQ

f. dan. Qocalmaq, qocalıqdan siması dəyişmək, qocalıb əldən düşmək.

KAFTARLIQ

is. dan. Qocalıq, qocalıb əldən düşmə.

KAFUR

is. [ər.] Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə.
ətraflı

KAFURİ

sif. [ər.] Kafura aid olan, tərkibində kafur olan.

KAĞIZ

is. 1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.
ətraflı