Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «SE» – 222
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
SA SE SF SX SI SK SL SM SN SO SP SR SS ST SU SV
 

SE

“S” hərfinin və bu hərflə işarə olunan samitin adı.

SEÁNS

[fr.] Bir işin icrasının arasıkəsilmədən davam etdiyi müddət, vaxt.
ətraflı

SEÇİCİ

is. Seçkidə iştirak edən, yaxud seçkidə iştirak etməyə hüququ olan adam.
ətraflı

SEÇİLƏN

f.sif. 1. Seçki nəticəsində seçilmiş. Seçilən namizədlər.
ətraflı

SEÇİLMƏ

“Seçilmək”dən f.is.

SEÇİLMƏK

məch. 1. Səsvermə nəticəsində üstünlük almaq.
ətraflı

SEÇİLMİŞ

1. f.sif. Səsvermə nəticəsində üstünlük verilmiş, intixab edilmiş.
ətraflı

SEÇİM

is. 1. Seçib götürmə. 60-cı illərdə .. yazıçılar indi mövzu seçimində, yaradıcılıq axtarışlarında nisbətən sərbəst idilər. İ.Qasımzadə. 2. Çeşid, assortiment.

SEÇKİ

is. Hər hansı bir vəzifəni yerinə yetirmək üçün səsvermə yolu ilə deputat və s.
ətraflı

SEÇKİQABAĞI

sif. Seçkilərin yaxınlaşması ilə əlaqədar olan, yaxınlaşan seçkilər şərəfinə olan, seçkidən qabaq olan.
ətraflı

SEÇKİLİ

sif. Seçki ilə olan, seçilən. Seçkili vəzifə.

SEÇMƏ₁

1. “Seçmək”dən f.is. 2. sif. Oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı.
ətraflı

SEÇMƏ₂

is. Saçma, qırma. Məni oğru bilib seçməni qarnıma doldurar. Mir Cəlal.

SEÇMƏK

f. 1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək.
ətraflı

SEÇMƏ-SEÇMƏ

sif. Ən yaxşı, ən seçilmiş. Məclisə seçmə-seçmə adamlar gəldilər.
ətraflı

SEGAH

is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı.
ətraflı

SEHR

is. [ər.] 1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq.
ətraflı

SEHRBAZ

is. [ər. sehr və fars. ...baz] Sehrbazlıqla məşğul olan adam; ovsunçu, gözbağlayıcı.
ətraflı

SEHRBAZLIQ

is. Sehrbazın işi, məşğələsi, ovsunçuluq, gözbağlayıcılıq.

SEHRKAR

sif. [ər. sehr və fars. ...kar] 1. Bax sehrbaz.
ətraflı