bağl. Bölgü və ehtimal mənalarını bildirir (ya da, ya da ki, ya ki variantları da vardır). Ya təmə kəs həyat zövqündən; Ya ləbiləli- dilsitandan keç. Füzuli. Ya buyur cəllada, ya çəkdir dara; Ya yetir dərmana, üzün bürümə! Aşıq Ələsgər. Bunu da ərz edirik ki, .. məktubu Hacı Məcid əfəndi ya özü yazıb, ya öz yavuq adamlarının birinə yazdırıb.. C.Məmmədquluzadə.
← Y

Azərbaycan əlifbasının otuz birinci hərfi. Bax ye

YA₂ →

nida [ər.] Xitab bildirir. Ya qismət! Ya mədəd! – Qədək aldım yaxalıq; Gəldi düşdü bahalıq; Can üzüb, yar sevmişəm; Sən kömək ol, ya xalıq! (Bayatı).