Tağı Tağıyev
Tağı Əzizağa oğlu Tağıyev (7 noyabr 1917, Bakı – 27 iyun 1993, Bakı) — Azərbaycan SSR xalq rəssamı.
== Həyatı ==
Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Tağı Tağıyev 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Misal olaraq "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar"ı qeyd etmək olar. Tağı Tağıyev bir çox xarici – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya və s. ölkələrdə olmuş və onların həyatına dair tablolar çəkmişdir. Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s.