AZAD

AZAD Azad, xoşbəxt xalqımın əzmindən vüsət alır; Mənə balam tək əziz könlümün diləkləri (S.Rüstəm); AZADƏ Bunlar asudə fikirli, azadə ruhlu bir insan olurlar (Çəmənzəminli); HÜRR (kl.əd.) [Səyahətçi:] Məncə hürr yaranmış Şərq qadınını bu halda xilas etməyə yeni bir peyğəmbər zühuru lazımdır (S.S.Axundov); MUXTAR (kl.əd.) Buna kim yol verəcəkdir ki, qız olsun muxtar (C.Cabbarlı); SƏRBƏST Firəngiz: Kaş mən sənin kimi sərbəst olaydım (C.Cabbarlı); MÜSTƏQİL, SUVEREN.

AZACIQ
AZADƏ
OBASTAN VİKİ
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Azad (Goranboy)
Azad — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd 1949-cu ildə Xanlar rayonunun Azad kəndindən gəlmiş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdir. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər.
Azad (Soyuqbulaq)
Azad (fars. ازاد‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (57 ailə).
Azad (cins)
Azad — tut ipəkqurdu cinsi. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda professor R. A. Hüseynov yetişdirilmişdir. Qurdun rəngi tam ağ deyildir. Bədənini 2 və 5-ci buğumunda bir cüt yarımayşəkilli, qəhvəyi xallar var. Baraması ağ, uzunsov buğumludur, yaxşı açılır, orta çəkisi 1,8–2,2 qram olur. Baramada ipəyin miqdarı 20–21%-dir; ipək teli hamardır.
Azad (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azad (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Azad Qaraqoyunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azad — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azad (Soyuqbulaq) — Azad (Qars) Digər Azad (komanda) — Hərbi komanda mənası: başqasından asılı olmayan, sərbəst, maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. Azad (təşkilat) — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Azad (qəzet) — Azad — Sasanilər İmperiyasında, eləcə də Atropatenada mövcud olmuş sosial təbəqə. Azad (opera) — Azad Gənclik Təşkilatı — Azad (cins) — tut ipəkqurdu cinsi.
Azad (komanda)
Azad - Hərbi komanda mənası :başqasından asılı olmayan, sərbəst,maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. == Komandanın icrası == Komanda əsasən Farağat komandasından sonra verilir.Komanda hərbi qulluqçular və ya başqa qurumların qulluqçuları özlərin sərbəst hiss etmək üçün verilir. Azad - bu zaman qullquçular əlləri yanda saxlamaq şərti ilə sol ayağı sağ ayaqdan 30 sm kimi sol tərəfə aralı qoyur. Mərasim azad - komandası əsasən adındanda görüldüyü kimi mərasimlərdə verilir.Bu zaman qulluqçular azad komandasında olduğu kimi sol ayağı hərəkət etdirirlər,lakin burada əllər belin arxa tərəfində qoyulur və sağ əlin üzəri sol əlin içinə qoyulmaq şərti ilə.
Azad (opera)
== Tarixi == === Mənbə və mövzular === Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır. Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir. Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
Azad Abbasov
Azad Zinnət oğlu Abbasov (tatar. Азат Зиннәт улы Аббасов; 19 yanvar 1925, Alabuqa, Tatarıstan MSSR – 11 oktyabr 2006, Kazan) — tatar əsilli sovet opera müğənnisi (lirik-dramatik tenor). SSRİ xalq artisti (1975). == Həyatı == Azad Zinnət oğlu Abbasov 25 may 1925-ci ildə Yelabuqada (Tatarıstan, Rusiya) anadan olmuşdur. 1943-cü ildə Kazan Aviasiya Texnikumunu bitirdikdən sonra Kazan Vertolyot Zavodunda konstruktor işləməyə başlamışdır. Onun səsini eşidən ailə dostu, bəstəkar Salix Səydəşov ona mahnı oxuma sənətini öyrənməyi məsləhət görmüşdür. 1945-ci ildə Moskva Dövlət Konservatoriyasının Pyotr Çaykovski adına Milli Opera Studiyasına daxil olmuşdur.. 1950-ci ildə Streltsovun mahnı oxuma sinfini bitirdikdən sonra Kazana qayıtmışdır. Azad Abbasov 6 iyun 2006-cı ildə Kazanda vəfat etmişdir. Kazanın Novo-Tatarskaya Sloboda tatar qəbiristanlığında dəfn edilmişdir.
Azad Abbaszadə
Azad Abbaszadə (tam adı: Azad Abbasqulu oğlu Abbaszadə; d 3 fevral 1939, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1995), professor (1999). == Həyatı == Azad Abbaszadə 1939-cu ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Professor Abbasqulu Abbaszadənin oğludur. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir. == Fəaliyyəti == A.Abbaszadə 1976–2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007 ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kompüter mərkəzinin müdiridir. == Tədqiqatları == Tədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informasiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif etmişdir. 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.
Azad Abışev
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Azad Abışov
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Azad Ağaoğlu
Azad Ağaoğlu (tam adı: Azad Sabir oğlu Ağayev) — azǝrbaycanlı filoloq, tǝrcümǝçi. == Həyatı == Azad Ağaoğlu 1974-cü ildǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur. Bakıda Hüseyn Cavid adına 132 nömrǝli orta mǝktǝbi bitirmişdir. İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsindǝn (Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ) mǝzun olmuşdur. Klassik türk vǝ Azǝrbaycan ǝdǝbiyyatı mövzusunda bir sıra mǝqalǝlǝrin müǝllifi, Azǝrbaycan vǝ rus dillǝrindǝn türk dilinǝ elmi, bǝdii vǝ siyasi ǝdǝbiyyatın tǝrcümǝçisidir. Azǝrbaycan ǝdǝbiyyatından Mir Cǝlal, Elçin, Z. Yaqub kimi yazıçı vǝ şairlǝrin, rus ǝdǝbiyyatından Puşkin vǝ Bunin kimi müǝlliflǝrin ǝsǝrlǝrini türk dilinǝ müvǝffǝqiyyǝtlǝ tǝrcümǝ etmişdir. == Əsǝrlǝri == === Elmi-tǝnqidi mǝqalǝlǝri === “Şâhî Divanı mı Vâhî Divanı mı?”, Toplumsal Tarih jurnalı, N-93, s. 62-65, Sentyabr 2001, İstanbul. “Zemin-i İtibar Üzre Nisar Edilen İnciler”, Varlık jurnalı, N-1155, s. 65-68, Dekabr 2003, İstanbul.
Azad Şabanov
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı. == Həyatı və fəaliyyəti == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. 1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır. 1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib.
Azad Şükürov
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı. == Həyatı və fəaliyyəti == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. 1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır. 1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib.
Azad Şəmsiyev
Azad Şəmsiyev (tam adı: Azad Əhməd oğlu Şəmşiyev; 7 may 1916, Şuşa – 21 oktyabr 1967, Bakı) — Neft və qaz quyuları qazılması sahəsində alim, texnika elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), AzETNÇİ, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi, Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriya rəhbəri. == Həyatı == Azad Əhməd oğlu Şəmşiyev 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib. 1961–1967-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri kimi çalışmışdır. Azad Şəmsiyev neft ve qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib. == Əmək fəaliyyəti == Azad Şəmsiyev Kirov-da neftə trestində qazıma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945–1949-cu illərdə Avstriya -nın Vena şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru işləmişdir.
Azad Şərifov
Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930 – 24 dekabr 2009) — Azərbaycan kino xadimi, publilist, jurnalist. == Həyatı == 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A. Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi. Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana" qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür. Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur.
Azad Əfəndizadə
Azad Əli oğlu Əfəndizadə (d.20 mart 1907, Şamaxı - ö.12 avqust 1998, Bakı) — AMEA-nın müxbir üzvü (1955), akademik. == Həyatı == Azad Əfəndizadə 1907-ci ildə mart ayının 20-də Şamaxı şəhərində anadan olmuşdur. İlkin təhsilini Şamaxı realni məktəbində aldıqdan sonra, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun nəzdində nümunəvi məktəbi bitirmişdir. Həmin il Politexnik İnstitutuna daxil olmuş və təhsilini M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunda davam etdirmişdir. 1931-ci ildə institutu bitirdikdən sonra elektrik mühəndisi peşəsinə yiyələnmişdir. 1931-ci ildə əmək fəaliyyətinə başlayan Azad Əfəndizadə Bakıda və Sumqayıtda mühəndis, baş mühəndis, şöbə rəisi vəzifələrində çalışmışdır. 1938-ci ildə Sənaye İnstitutunun Elektrik maşınları kafedrasında işə başlamış, 1939-cu ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının energetika sektorunda çalışmaqla yanaşı Azərbaycan Sənaye İnstitutunun aspiranturasına daxil olmuşdur. 1941-1944-cü illərdə Azərbaycan SSR EA-nın Kirovabad Elmi-Tədqiqat Bazasında direktor, 1952-1960-cı illərdə İ.Yesman adına Elmi-Tədqiqat Energetika İnstitutunun direktor müavini və direktoru olmuşdur. Azad Əfəndizadə 1998-ci il avqust ayının 12-də, ömrünün 92-ci ilində Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. == Fəaliyyəti == 1960-cı ildən həmin institutun idarəolunan elektrik intiqalları laboratoriyasına rəhbərlik etmişdir.
Azad Əliyev
Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Azad Əsgərov
Azad Əsgərov (20 avqust 1971-ci il) - Azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur. Azad Əsgərov 50 döyüş keçirmişdir. Döyüşlərdən 45-ni qazanmışdır. 3 dəfə məğlub olmuş, 2 dəfə heç-heç etmişdir. == Həyatı == Azad Əsgərov peşəkar rinqdə əlliyə yaxın döyüş keçirmişdir, onlardan üçünü uduzmuşdur (onlardan ikisi alınmış zədələrə görə hesaba alınmışdır), iki dəfə heç-heçə ilə nəticələnən döyüş keçirmiş və 45 döyüşdə qalib gəlmişdir. Onun rəqibləri döyüş zamanı yalnız üç dəfə sona qədər gəlib çıxa bilmişlər. Qalanları isə döyüşün ilk dəqiqələrində məğlub olmuşdur. O, uşaq ikən qardaşları kimi güclü olmaq arzusunda olmuşdur. Uşaq yaşlarından idmana olan məhəbbət Azadın həyatında çox böyük rol oynamışdır.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Azad (Qars)
Azad — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 291 nəfərdir (2022).
Azad Mirzəyev
Azad lisenziya
Azad lisenziya (ing. free license) — belə bir lisenziya müqaviləsi (əvvəllər "müəllif hüququ müqaviləsi"), onun şərtlərində müəllif hüququ sahibinin istifadəçiyə əsərindən istifadə etmək yollarının xüsusi siyahısı üçün icazəsi var ki, bu da ona dörd mühüm azadlıq (və ya əsaslı azadlıqlar) verir. onlar üzrə və onların daxil edilməsi — müxtəlif meyarlara və iş növlərinə görə). Azad sayılmaq üçün lisenziya aşağıdakılara icazə verməlidir: əsərdən hər hansı bir məqsəd üçün istifadə etmək, onu öyrənmək (proqram təminatı olduqda, mənbə kodu mövcud olmalıdır), əsərin nüsxələrini hazırlamaq və yaymaq, sənəddə dəyişiklik etmək. işləmək və bu cür dəyişdirilmiş törəmə işləri dərc etmək və yaymaq (proqram təminatı vəziyyətində bu, mənbə kodlarının mövcudluğunu və onlara dəyişiklik etmək imkanı tələb edir). Belə bir xüsusi lisenziya olmadan, müəllifin bu barədə nə düşünməsindən və ya düşünməsindən asılı olmayaraq, bu cür istifadələr müəllif hüququ qanunları ilə qadağan edilir, çünki dünyanın demək olar ki, bütün ölkələrində əsərlər heç bir rəsmiyyət olmadan avtomatik olaraq qorunur, bütün hüquqlar müəllifə verilir. == Haqqında == Lisenziya müqaviləsinin fəlsəfi alt növü kimi pulsuz lisenziyalar qanuni olaraq, məsələn, Microsoft və ya Adobe-nin adi EULA-larından heç bir fərqi yoxdur. Lisenziya müqaviləsi, həm EULA, həm də pulsuz lisenziya, qanuna zidd olmayan hər hansı şərtləri ehtiva edə bilər. Ayrı-ayrı hüquqi tənzimləmə və bir sinif kimi pulsuz lisenziyaların qanuniliyi/qanunsuzluğu haqqında danışmaq mümkün deyil, lakin konkret müqavilələrin mətnləri suallar və qeyri-müəyyənliklər yarada bilər (bundan sonra onlar düzəldilir və yeni versiya buraxılır və ya EUPL kimi digər oxşar lisenziyalar). Bununla belə, şirkətlər Google, Microsoft və Wikimedia Fondu kimi bəzi layihələrdə öz məqbul pulsuz lisenziyaların siyahısını yarada bilərlər.
Hadrutun azad edilməsi
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Haskel Azad Kitabxanası və Opera Evi
Haskel Azad Kitabxanası və Opera Evi (ing. Haskell Free Library and Opera House; fr. Bibliothèque et salle d'opéra Haskell) - Viktorian stilində inşa edilmiş tarixi bina. Haskel Azad Kitabxanası və Opera Evi Amerika Birləşmiş Ştatları və Kanadanın sərhəd bölgəsində yerləşir.
Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr
=== Ölkələr ===
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Konqo Azad Dövləti
Müstəqil Konqo Dövləti olaraq da bilinən Konqo Azad Dövləti ( fr. État indépendant du Congo ), 1885-1908 -ci illərdə Mərkəzi Afrikada mövcud olmuş dövlətdir. Dövlət Belçikan kralı II Leopoldun xüsusi mülki idi. Leopold Afrikanın bölüşdürülməsi üçün keçirilən Berlin Konfransında digər Avrasiya dövlətlərini humanitar və xeyriyyəçiliklə məşğul olacağına və ticarətdən vergi tutmayacağına inandıraraq bölgənin hüquqi sahibi kimi tanındı. Beynəlxalq Konqo Birliyi vasitəsi ilə Konqo Hövzəsinin böyük hissəsini öz şəxsi mülkünə çevirdi. 29 May 1885 -ci ildə, Berlin Konfransı bitdikdən sonra kral mülklərinə "Konqo Azad Dövləti" adını verməyi planladığını, hələ Berlin Konfransında istifadə edilməyən və "Beynəlxalq Assosiasiyalar Birliyi"ni rəsmi olaraq əvəz edən bir ad verdiyini açıqladı. 1 Avqust 1885 -ci ildə. Konqo Azad Dövləti bölgəni heç vaxt şəxsən ziyarət etməməsinə baxmayaraq II Leopoldun sərəncamına verildi. Dövlət, indiki Konqo Demokratik Respublikasının bütün ərazisini əhatə edirdi və 1885-ci ildən 1908 -ci ilə qədər mövcud oldu. 1908-ci ildə Belçika hökuməti beynəlxalq təzyiqlərdən sonra dövləti koloniya kimi krallığa birləşdirdi.
Konstantin Azadovski
Konstantin Markoviç Azadovski (rus. Константи́н Ма́ркович Азадо́вский; 14 sentyabr 1941, Leninqrad) — SSRİ və Rusiya ədəbiyyatşünası. Onun əsas maraq dairəsi XIX–XX əsrlərin rus və Avropa ədəbiyyatı, Almaniya–Rusiya ədəbi münasibətləridir. O, Mark Azadovskinin oğlu, filologiya elmləri namizədidir. == Elmi fəaliyyəti == Konstantin Azadovski almanşünaslıq, rusşünaslıq, Rusiya–Avropa ədəbi əlaqələri üzrə bir sıra elmi məqalələrin və nəşrlərin müəllifidir. O, "Zvezda", "Novoye literaturnoye obozreniye" və "Voprosı literaturı" jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Azadovski 1999-cu ildə "Buker" mükafatının münsiflər heyətinin sədri olmuşdur. == İctimai mövqeyi == Konstantin Azadovski 2001-ci ildə "NTV" telekanalının müdafiəsi üçün məktub imzalamışdır. 2014-cü ilin martında o, bir sıra digər elm və mədəniyyət xadimləri ilə birlikdə Rusiya hakimiyyətinin Krımda apardığı siyasətlə razılaşmadığını bildirmişdir. == Seçilmiş əsərləri == Бальмонт и Япония.
Koqnitiv azadlıq
Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır. Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir. Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur ​​vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir. Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir.
Koreya Milli Azadlıq Günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Kürdüstan Azad Həyat Partiyası
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) — İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009–2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır. == Pjak terror təşkilatının törətmiş olduğu terror aktları == == 2005 == 20 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 6 İran əsgəri həlak olmuş və 8-i yaralanmışdır. 21 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 İran əsgəri öldürülmüşdür. 26 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 16 İran əsgəri öldürülmüşdür. == 2006 == 3 aprel Terrorçuların İranın Maku şəhərində təhlükəsizlik qüvvələrinə hücum etmələri nəticəsində 24 təhlükəsizlik qüvvəsi həlak olmuşdur.
Madagizin azad edilməsi
Madagizin azad edilməsi — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.
Mark Azadovski
Mark Konstantinoviç Azadovski (rus. Марк Константи́нович Азадо́вский; 6 (18) dekabr 1888[…], İrkutsk, Rusiya imperiyası – 24 noyabr 1954[…], Leninqrad, RSFSR, SSRİ) — Rusiya və SSRİ folklorşünası, ədəbiyyatşünası və etnoqrafı. O, SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Azadovski Sibir ədəbiyyatı, folkloru və həyat tərzinin tədqiqatçısı olmuş, dekabrist yazıçılar və rus folklorşünaslığı haqqında materiallar toplamışdır. == Mükafatlar == "Qırmızı əmək bayrağı" ordeni (10 iyun 1945) == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьева-Медведева Г. В. Деятельность М. К. Азадовского в 20-х годах XX века // Краеведческие записки / Иркут. обл. краев. музей. — Иркутск: Оттиск, 2001. — Вып.
Milli Azadlıq Hərəkatı (Azərbaycan)
Azərbaycan Milli Azadlıq Hərəkatı — Azərbaycan Xalq Cəbhəsi(1989—1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər". 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu.
Milli Azadlıq Qərargahı
Milli Azadlıq Qərargahı və ya qısaca MAQ — SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat. == Tarixi == 1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı. Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, Akademik Xudu Məmmədov seçilmişdir. == İlk ümumrespublika əhəmiyyətli əməliyyat == 1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.
Milli azadlıq hərəkatı
Milli azadlıq hərəkatı (Azadlıq hərəkatı) — xalqın xarici hökmranlığından qurtulması üçün mübarizə aparan təşkilat (müvəqqəti dövlət mövcudluğu forması). XIX əsrdə ortaya çıxan milli azadlıq hərəkatlarının nümunələri, Habsburq monarxiyasının hakimiyyəti altından italyan torpaqlarının azad edilməsi və İtaliyanın birləşməsi üçün mübarizə aparan İtaliya, İrlandiyanın Böyük Britaniyadan müstəqilliyi uğrunda mübarizə aparan Feniyalılar, Bolqarıstanın Osmanlıdan müstəqilliyi uğrunda mübarizə aparan Bolqarıstan İnqilab Mərkəzi Komitəsi idi. Bir çox milli azadlıq hərəkatı XX əsrdə, xüsusilə XX əsrin ikinci yarısında müstəmləkə sisteminin çöküşü zamanı yarandı.
Mozambik Azadlıq Cəbhəsi
FRELİMO (pol. Frente de Libertação de Moçambique adından; mənası – Mozambik Azadlıq Cəbhəsi) — Mozambikdə siyasi partiya. Ölkədə yeganə hakim partiya kimi qiymətləndirilir. 1977-ci ildə kütləvi-siyasi Mozambik Azadlıq Cəbhəsi təşkilatı əsasında yaradılmışdır. 1989-cu ilə qədər fəaliyyətində marksizm-leninizm prinsipləri rəhbər tutulurdu, o dövrdən partiya demokratik sosializm istiqamətində fəaliyyət göstərir. == İstinadlar == == Əlavə ədəbiyyat == Basto, Maria-Benedita, "Writing a Nation or Writing a Culture? Frelimo and Nationalism During the Mozambican Liberation War" in Eric Morier-Genoud (ed.) Sure Road? Nationalisms in Angola, Guinea-Bissau and Mozambique (Leiden: Brill, 2012). Bowen, Merle. The State Against the Peasantry: Rural Struggles in Colonial and Postcolonial Mozambique.
Müstəmləkəçilikdən azad olma
Müstəmləkəçilikdən azad olma (ing. Decolonization) — müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenliyin verilməsi. Müstəmləkə imperiyalarının ləğv edilməsi siyasəti 1941-ci ildə Atlantik Xartiyanın qəbulunda elan edilmişdi. Xartiya ABŞ-nin müstəmləkə ərazilərinin bazarlarına buraxılması barədə tələbindən sonra qəbul edilmişdi. == Terminin tətbiqi == Dekolonizasiya termininin mənaları və tətbiqləri mübahisəlidir. Dekolonizasiyanın mənasını siyasi müstəqillikdən kənara çıxaran geniş yanaşmalar mübahisələrə səbəb olmuş və tənqidlərə məruz qalmışdır. Bir qrup araşdırmaçılar analitik cəhətdən bu terminin əsassız olduğunu müdafiə etdilər, digərləri iddia edirdilər ki, “dekolonizasiya” üçün elmi və praktiki tətbiqlər şəxsiyyətlər haqqında şəksiz və əsaslı anlayışları öyrənməyə imkan verir. Dekolonizasiya ilə bağlı ilk araşdırmalar 1960-1970-ci illərdə ortaya çıxdı. Bu dövrə aid mühüm kitab Martinika müəllifi Frantz Fanonun "Yerin bədbəxtləri" (1961) əsəri idi ki, bu əsər dekolonizasiyanın bir çox aspektlərini ortaya qoydu. Dekolonizasiyanın sonrakı tədqiqatları iqtisadi bərabərsizlikləri müstəmləkəçiliyin mirası kimi, eləcə də insanların mədəniyyətlərinin məhvi kimi nəzərdən keçirdi.
Müstəqillik müharibələri siyahısı (milli azadlıq)
Bu müstəqillik savaşlarının siyahısı. Bu müharibələr müstəqillik məqsədinə çatmaqda uğurlu ola bilər və ya olmaya bilər.
Müzəffərabad (Azad Kəşmir)
Məlumat azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
Məmməd Əmin Azadvətən
Məmməd Əmin Azadvətən (1905, Cənubi Azərbaycan – 1974, Urmiya) — Azərbaycanın Demokrat Firqəsi Urmiyə vilayəti komitəsinin sədri, fadilərin başçısı, Milli Məclis üzvü. == Həyatı == Məmməd Əmin Azadvətən Urmiyənin Nazlıçay mahalındandır. O gənc ikən ictimai mübarizə meydanlarına qədəm qoymuş Rza xanın milətin mənafeinə zidd siyasətini və məqsədini əhali içərisində açıqlamiş, ifşa etmişdir. 1933-cü ildə Urmiyə qoşunu başçısı tərəfindən tutulub bir muddət Urmiyədə həbsdə saxlanıldıqdan sonra ömürluk olaraq Zəncana sürgün olunmuşdur. Zəncan nəzmiyə idarəsi və fərmandarlığı Azadvətən-in siyasi fəaliyətinin qarşısını almaq, onu göz altında saxlamaq məqsədilə, zəncan bələdiyə idarəsində süpürgəçilərin başçısıvəzifəsinə işə qəbul etmişdir zəncanda 8 il süpürgəndə qaldığı zaman iş yoldaşlarından və sürgündə olanlardan əlavə bir çoxlarının hörmət və mühəbbətini qazanmış onları öz mütərəqqi fikirlərinə cəlb edəbilmişdir. 1940-cı ilin payızında o siyasi fəaliyət nəticəsində yenidən həbsə alınmışdır. 4 ay zəncan nəzmiyəsində saxlanıldıqdan sonra Tehran-ın Qəsri Qacar zindanına göndərilmişdir. 1941-ci ildə Rza xan diktatorluğunun yıxılması ilə Azadvətən də azad olub Zancana qayıdır. 1943-cü ilini son vaxtlarında Azadvətən öz doğma şəhəri Urmuya gedərək firqənin yaradılmasında və möhkəmləndirlməsində fəal iştirak edir, Urmiyə şəhərinin firqə başçısı seçilir. 1945-ci ildə A. D. F-nin (Azərbaycan Demokrat Fiqəsi) təşkilindən sonra Urmiyə komitəsində fəaliyətine davam etdirərək, firqənin şuarlarını məramnamə və məqsədine kəndlilərə izah etməkdə var gücünü sərf edir.
Mətbuat azadlığı
Mətbuat azadlığı — Mətbuat azadlığı və ya KİV azadlığı, müxtəlif media, o cümlədən çap və elektron media, xüsusən nəşr olunan materiallar vasitəsilə ünsiyyət və ifadə azadlığıdır. Mətbuat azadlığı ölkənin mətbuatın azadlığına müdaxilə etməməsi prinsipini dəstəkləyir və onun qorunması konstitusiya və ya digər qanuni yollarla qorunmasının tərəfdarıdır. == Dövlət sirlərinin qorunması == Dövlət məlumatlarına gəlincə(məs.müharibə şəraitində olan ölkələrdə hərbi məlumatlar) bu məlumatlar xüsusi dövlət orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Dövlət materialları məlumatın milli maraqların qorunması ilə əlaqədar olaraq və ya düşmən ölkə tərəfindən hər hansı bir dövlət və ya hərbi sirrin qorunması naminə gizli tutulmalıdır. == Formalaşması == Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquq, müdaxilə olmadan fikir yürütmək azadlığına, məlumat və fikirləri istənilən media vasitəsilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir." Bu fəlsəfə ümumiyyətlə elmi tədqiqat, elmi azadlıq, nəşr və mətbuat azadlığının müxtəlif dərəcələrini təmin edən qanunvericiliklə müşayiət olunur. Bu qanunların bir ölkənin hüquq sisteminə daxil olma dərinliyi onun konstitusiyasına qədər gedə bilər. Söz azadlığı anlayışı bir çox hallarda mətbuat azadlığı ilə eyni qanunlarla əhatə olunur. İsveç dünyada mətbuat azadlığını 1766-cı il Mətbuat Azadlığı Qanunu ilə öz konstitusiyasına qəbul edən ilk ölkə oldu == Dünyada mətbuat azadlığının vəziyyəti == Qanuni təriflərdən başqa bir sıra qeyri-hökumət təşkilatları dünyada mətbuat azadlığının səviyyəsini qiymətləndirmək üçün digər meyarlardan istifadə edirlər. Bəziləri subyektiv siyahılar yaradır, digərləri kəmiyyət məlumatlarına əsaslanır: Sərhədsiz reportyorlar(Reporters without Borders) — öldürülən, həbs edilən və ya təcavüzə məruz qalan jurnalistlərin sayını və dövlət inhisarlı televiziya və radioların mövcudluğunu, həmçinin mediada senzuranın və özünütənzərənin qeydə alınması, medianın ümumi müstəqilliyini nəzərə alır. Mütəmadi olaraq hər il oxucularına illik yekun hesabatlar təqdim edirlər Jurnalistləri Müdafiə Komitəsi (CPJ) işlərinə görə repressiyalarda öldürülən və həbs olunan jurnalistlərin sayını sistematik olaraq izləyir.
Neqativ azadlıq
Neqativ azadlıq (mənfi azadlıq) — başqalarının zorakı müdaxilələrindən azad olmaq kimi xarakterizə olunur və fərdin cəmiyyət içindəki sosial sistemin sinifçilik, cinsiyyətçilik və ya irqçilik kimi məhdudiyyətlərindən azadlığı olaraq təyin olunan müsbət azadlığa qarşı istifadə olunur. Mənfi azadlıq konsepsiyası onu liberalizm və klassik liberalizmin sosial liberalizmdən (ABŞ-də qısaldılmış bir ad da istifadə edirlər - liberalizm) və sosial demokratiyadan fərqləndirən mərkəzi ideyasıdır. Mənfi və pozitiv azadlığın fərqi İsayya Berlin tərəfindən "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində təsvir edilmişdir. Berlin üçün bu fərq siyasi ənənə ilə sıx bağlıdır. Mənfi azadlıq anlayışı Con Lokk, Tomas Hobbs, Adam Smit, Ceremi Bentam kimi İngilis filosofları ilə, müsbət azadlıq isə Karl Hegel, Jan Jak Russo, İohann Qottfrid Herder və Karl Marks kimi qitə mütəfəkkirləri ilə əlaqələndirilir. Berlinə görə == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimin köləsi deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan “Mən öz ağam” ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi. Çarlz Teylor, mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə çıxışı olduğu halda (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman “fürsət-konsepsiya” fikrini izah edir. Taylor, müsbət azadlığın "həyata keçirmə konsepsiyası" («opportunity-concept») üzərində dayandığını iddia edir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə uyğun şəkildə hərəkət edə bilməsi mənasını verə bilər.
Nürnberq Azad İmperiya şəhəri
Nürnberq Azad İmperiya şəhəri (alm. Reichsstadt Nürnberg‎) — Müqəddəs Roma İmperiyasının tərkibində azad imperiya şəhəri — müstəqil şəhər-dövləti idi. == Tarixi == Nürnberq orta əsrlərdə Nürnberq burqraflığından hissə-hissə müstəqillik əldə etdikdən və Landsxut Varislik Müharibəsində Bavariyadan xeyli ərazi əldə etdi və o, ən böyük və ən mühüm İmperator şəhərlərindən birinə, İmperiyanın "qeyri-rəsmi paytaxtına" çevrildi. Belə ki, 1211–1543-cü illər arasında Nürnberq qalasında çoxsaylı Reyxstaqlar və məhkəmələr təşkil etmişdi. İmperator IV Karl (1346–78) tərəfindən buraxılan 1356-cı il tarixli Qızıl bulla, Nürnberqi yeni seçilmiş alman krallarının ilk İmperator məclisini keçirməli olduğu şəhər olaraq təyin etdi və Nürnberqi imperiyanın üç ən əsas şəhərindən birinə çevirdi. XV-XVI əsrlərdə Nürnberqin mədəni çiçəklənməsi onu Alman intibahının mərkəzinə çevirdi. Artan ticarət yolları və XVII və XVIII əsrlərdəki böyük Avropa müharibələrinin dağıntıları şəhərin tənəzzülünə və böyük borclara girməsinə səbəb oldu, nəticədə 1806-cı ildə Reyn Konfederasiyasının yaranması ilə şəhər yeni Bavariya Krallığına qoşuldu.
Prezident Azadlıq medalı
Prezident Azadlıq medalı (ing. Presidential Medal of Freedom) — Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biri. Medal 1945-ci ildə 33-cü ABŞ prezidenti Harri Trumen tərəfindən İkinci dünya müharibəsində xidmətlərə görə təltif edilmək üçün təsis edilmişdir. 1963-cü ildə 35-ci ABŞ prezidenti Con Kennedi tərəfindən medalın təltif dairəsi genişləndirilmişdir. Medal adətən ildə bir dəfə, 4 iyun - ABŞ-nin müsəqillik günü təltif edilir.

Digər lüğətlərdə