Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ALASƏY

    (Qazax) gicbəsər

    Tam oxu »
  • ALAŞA

    (Zəngibasar, Şəmkir) zəif, arıq at. – Mənim bir alaşam vardı, o da öldü (Şəmkir)

    Tam oxu »
  • ALAT

    (Ordubad) qapı və ya pəncərə çərçivəsi. – Əbxalıx, pəncərə:n alatun mö:- kəm bəğla

    Tam oxu »
  • ALATA

    (Oğuz) bax aladı. – Vardannılar qoz çırpana alata diyir

    Tam oxu »
  • ALATAŞ

    (Cəbrayıl) yorğun, əldəndüşmüş ◊ Alataş eləməx’ – yormaq

    Tam oxu »
  • ALATAVA

    (Bakı) saf daş. – Bağun öyi çin bir ərəbə alatava götginən gəl

    Tam oxu »
  • ALATƏLƏKƏ

    (Lənkəran) birtəhər. – Alatələkə yola ver, getsün

    Tam oxu »
  • ALATƏNGƏŞ

    (Şamaxı) başdansovdu, yarımçıq. – Sən muni lap alatəngəş eləmisən

    Tam oxu »
  • ALATI

    (Oğuz) bax aladı

    Tam oxu »
  • ALATORPAĞ

    (Bakı) əhəngli torpaq

    Tam oxu »
  • ALATÖ:R

    (Qəbələ) başdansovdu. – Hər işi alatö:r görürsən

    Tam oxu »
  • ALAVAŞ

    (Cəlilabad) ətraf. – Bı alavaşda bircə quyıdı ki, o da bırda

    Tam oxu »
  • ALAVIŞ

    (Meğri) istilik, hərarət. – Tafdığəlinin canində bir alavış var ki, adamın əlin yandırey

    Tam oxu »
  • ALAY-VALAY

    alay-valay iləmeg: (Xaçmaz) alt-üst etmək. – Tərəvəzi mallar yi:b, alay-valay iliyitdi

    Tam oxu »
  • ALAYI

    (Bakı) başqa, özgə. – Alayı adamnan işün olmasun

    Tam oxu »
  • ALAZ

    (Cəlilabad) solğun. – Uşağın irəngi yaman alazdu

    Tam oxu »
  • ALAZDAMAX

    I (Cəbrayıl) 1. alayarımçıq etmək. – Bı çaydanı sən belə alazdamısan 2. korlamaq II (Basarkeçər) ütmək

    Tam oxu »
  • ALAZDAMMAĞ

    (Lənkəran) yetişmək. – Yaram gör necə alazdanıb

    Tam oxu »
  • ALAZIMAX

    (Təbriz, Zəngilan) saralmaq, solmaq. – Həyif bı çiçəx’lərdən, susuzduxdan alazıyıb (Zəngilan)

    Tam oxu »
  • ALAZZAMAĞ

    (Salyan) bax alazdamax (2-ci məna). – Köməgə gələnnər mə:m yerimi tamam alazzadı

    Tam oxu »
  • ALBƏHLİ

    (Quba) bax alabəhli

    Tam oxu »
  • ALBUXARA

    (Təbriz) gavalı

    Tam oxu »
  • ALCAŞMAX

    (Çənbərək) gözü qaralmaq. – Yeridiyim yerdə gözüm alcaşdı yıxıldım

    Tam oxu »
  • ALÇAX

    (Qazax) sadə. – Urusdamın yaxşı xəsyəti var, alçax adamdı

    Tam oxu »
  • ALÇI

    alçı durmağ: (Salyan) üzə durmaq, cavab qaytarmaq. – Tərbiyəsiz uşağın qaydasıdı alçı durmax

    Tam oxu »
  • ALDAMAC

    (Qəbələ) bağarası və ya bağ ilə həyət arasında keçid

    Tam oxu »
  • ALDAS

    (Qax) tez, tələsik. – Xoraqı <xörəyi> aldas yiyip çıxdı

    Tam oxu »
  • ALDİL

    (Cəbrayıl, Şuşa) hiylə, yalan. – Aldilnən yazığı aparıf işə salıflar (Şuşa); – Aldilnən kişini yoldan çıxartdı (Cəbrayıl)

    Tam oxu »
  • ALEKAR

    (Meğri) kətmən. – Alağı alekarnan vurulla

    Tam oxu »
  • ALEYSUN

    (Şərur) görməmiş

    Tam oxu »
  • A:LƏT

    (Cəbrayıl, Şəki) bax alat. – Öyün a:lətdərini salmiyifdilər hələ (Şəki)

    Tam oxu »
  • ALĞAX-CULĞAX

    I (Gədəbəy) qohum II (Basarkeçər) qarmaqarışıq, dolaşıq ◊ Alğax-culğax danışmax – qarışıq, ağlına gələni danışmaq

    Tam oxu »
  • ALĞASIMAX

    (Cəbrayıl, Zəngilan) tövşümək, ürəyi döyünmək. – Həbelə isdi olar, dayan birəz nəfəsimi dərim, ürəyim alğasıyır (Zəngilan); – Ürəyim alğasıyır, az qal

    Tam oxu »
  • ALĞAŞ-ULĞAŞ

    (Gədəbəy) qarmaqarışıq, dolaşıq ◊ Alğaş-ulğaş eləməx’ – qarmaqarışıq, dolaşıq eləmək. – Canıη sağ olsuη, sən pütüncə alğaş-ulğaş ele:fsən, qoyunnarın

    Tam oxu »
  • ALĞAY-CALĞAY

    (Xaçmaz) qohumqardaş. – Bizi məhlə bir-birinə alğaycalğaydı

    Tam oxu »
  • ALĞAZZAMAX

    (İmişli) ordan-burdan yemək. – Qoyunu qışda buraxersaη, koldankosdan alğazze:r

    Tam oxu »
  • ALXAN

    (Qazax) köndələn qazılmış xəndək yeri. – Buzoylar alxandadı

    Tam oxu »
  • ALXIM

    I (Ordubad) göllənmə, göllənib axma (xırda çay və kanallardakı su haqqında). – Suyun bir yerə yığılıb axmasına bizzər alxım deyərıx II (Kəlbəcər) mail

    Tam oxu »
  • ALXIMA

    (Çənbərək) bax alxım II. – Yer alxımdadı deyin su durmur

    Tam oxu »
  • ALXIT

    (Ağdam, Füzuli, Oğuz, Şəki) ağac nehrə. – Hər alxıt çaxliyəndə əyrən verillər bizə (Şəki)

    Tam oxu »
  • ALI

    (Şərur) gavalı növü. – Alını aşağıkı ağaşdan yığ

    Tam oxu »
  • ALICI

    (Qazax, Şəmkir) qov. – Alıcıya su dəyif yanmer (Qazax)

    Tam oxu »
  • ALIĞ

    (Kürdəmir, Salyan) at, öküz, kəl və başqa heyvanların belinə çəkilən çul, keçə və s

    Tam oxu »
  • ALIĞLAMAĞ

    (Salyan) çullamaq

    Tam oxu »
  • ALIX

    (Qazax, Şuşa) bax alığ. – Öküzdərin alığını al, pəyyə sal (Şuşa)

    Tam oxu »
  • ALIXLAMAX

    (Şuşa) bax alığlamağ. – Hava soyuxdu, öküzləri alıxlamax lazımdı

    Tam oxu »
  • ALIM

    alımını vermək // alımını ətəyinə bükmək: (Şərur) abır vermək, məzəmmət etmək. – Getdim alımını ətəyinə bük’düm

    Tam oxu »
  • ALIMÇA

    (Qazax) alça

    Tam oxu »
  • ALINDIRMAMƏY

    (Cəlilabad) özünü bilməməzliyə vurmaq. – Baxey gennən, o özin saymaməzdigə vırey, özin alındırmey

    Tam oxu »
  • ALINNIĞ

    (Salyan) alına bağlanan yaylıq, kiçik kəlağayı. – Keçmişdə arvaddar alınnığ bağlardı; – Fatmada iki dənə alınnığ var

    Tam oxu »