BAN
(Astara, Biləsuvar, Cəlilabad, Göyçay, Kürdəmir, Masallı, Salyan)
çardaq. – Boranılar qalıb öyün banında (Kürdəmir); – Banda odun var, onu sal yerə (Masallı); – Bana çixeyəm (Cəlilabad)
II
(Cəlilabad, Masallı, Salyan, Yardımlı)
1. arabanın yan taxtaları. – Odunu yerə boşaltmaq üçün arabanın banını götür (Yardımlı)
2. arabanın gövdəsi, arabanın təkərləri və boyunduruqdan başqa qalan hissəsi. – Kolxoz bu il on beş ban bağlatdırıb (Cəlilabad)
III
(Salyan)
baca, evin damında açılan nəfəslik. – Bizim evin banı yoxdi, qayıtdıracam