1. Daimi, əbədi.
□ Baqi etmək – daimiləşdirmək, əbədiləşdirmək.
Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd edərdi.
Baqi qalmaq – davam etmək, yaşamaq.
// Xəbər şəkilçisi ilə: baqidir – qalmışdır, hələ də vardır, davam edir, yaşayır.
Hələ baqidir yerində köhnə qaydalar, adətlər.
2. Qalan, artıq. Pulun baqisi.
– Gətir saqi, meyi-baqi, bu bəzmi eylə bir rövşən.
[Azad] durmadan atəş açır, onun baqi qalan son dəqiqələri, onun nəfəsi düşmən həyatı bahasına tamam olur.