İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 97 ünvanında yerləşən bina. Bina o baxımdan əhəmiyyətlidir ki, binada iki dəfə görkəmli rus alim-fizioloqu, İvan Petroviç Pavlov qalmışdır. Bina Rusiyanın Federal əhəmiyyətli mədəni irs siyahına daxil edilmişdir.
Bolşoy Sadovnaya küçəsində yerləşən bina XIX əsrin üçüncü yarısında inşa edilmişdie. Bina Yevstinqney Nikiforoviç Xmelnisə məxsus idi. O, şəhərin rəhbəri olmuşdur. Onun arvadının kiçik bacısı Serafima Vasilevna Karçevskaya İvan Petroviç Pavlovun gələcək həuat yoldaşı olmuşdur.
1881-ci ilin yazında Pavlov Karçevskaya evlənmək məqsədilə Rostov şəhərinə gəlmişdir. Bu zaman o, Xmelnislərin evində qalmışdır. 25 may 1881-ci ildə toy baş tutur.