1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq.
– Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı.
Uşaq yumaq kimi bükülüb, böyrü üstə yıxılmışdı.
// Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.
2. Yan. Qab böyrü üstə düşdü.
– [Məmməd:] Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndi yox olmuşdur.
Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı.
◊ Böyrü üstə yatmaq – heç bir iş görməmək, tənbəllik etmək.
Böyrünü yerə vurmaq – 1) yan üstə uzanmaq.
Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. ;
2) bax böyrü üstə yatmaq.
Böyürdən törəmə – gözlənmədən meydana çıxan şey haqqında.
Böyürdən çıxmaq – gözlənmədən ortaya çıxmaq.
Əlini böyrünə vurmaq – bax böyrü üstə yatmaq.