CHURCH-WARDEN

n 1. kilsə başçısı / ağsaqqalı; 2. d.d. uzun qəlyan

CHURCH-WARD
CHURCH-WARDENSHIP
OBASTAN VİKİ
Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu. Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı. 1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.