DEVELOPMENT

n 1. inkişaf, inkişaf etmə / etdirmə, irəliləmə, tərəqqi; böyümə, boy atma; stage of ~ inkişaf dövrü / mərhələsi; the healthy ~ of children uşaqların sağlam böyüməsi; ~ of a plant bitkinin böyüməsi / inkişafı; ~ front boyhood to manhood yaşa dolma, kişiləşmə; ~ of civilization sivilizasiyanın / mədəniyyətin inkişafı; 2. anlatma, şərh / izah etmə; şərh, izah; ~ of a plan planın şərhi / izahı

DEVELOPED
DEVIATE
OBASTAN VİKİ
Yager Development
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı . Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir. Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır. Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı. "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.
The Crescent Development Project
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.