DISC

n = disk

DISBELIEF
DISCARD
OBASTAN VİKİ
Compact Disc
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Blu-ray Disc
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Datura discolor
Datura discolor (lat. Datura discolor) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü.
Dendrobium discolor
Dendrobium discolor (lat. Dendrobium discolor) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium discolor var. broomfieldii (Fitzg.) A.D.Hawkes Dendrobium discolor subsp. discolor Dendrobium discolor var. fimbrilabium (Rchb.f.) Dockrill Dendrobium discolor var. fuscum (Fitzg.) Dockrill Dendrobium discolor subsp. incurvata Liddle & P.I.Forst.
Discogs
Discogs (diskoqrafiyaların qısaltması) — müxtəlif musiqi şirkətlərindən, musiqi sənətçiləri və onların nəşrləri haqqında ən böyük məlumat bazalarından birinə malik veb saytı.Verilənlər bazasının məzmunu istifadəçi tərəfindən yaradılır və The New York Times-da "Vikipediyaya bənzər" kimi təsvir olunur. Sayt əvvəlcə elektron musiqinin ən böyük onlayn məlumat bazası olmaq məqsədi ilə yaradılsa da,indi bütün janrlarda və bütün formatlarda buraxılışları ehtiva edir. Discogs 2000-ci ildə Intel-də proqramçı kimi çalışmış Kevin Levandovski tərəfindən yaradılmışdır.O, əvvəlcə Levandovskinin şkafındakı kompüterdən başladı və elektron musiqi ilə məhdudlaşdı. 2015-ci ilə qədər Discogs-un 37 işçisi, 3 milyon istifadəçisi və aylıq 20 milyon ziyarətçi trafiki var idi. 2005-ci ilin sonlarında Discogs bazarı istifadəyə verildi. 2007-ci ilin iyul ayında saytda satıcılar üçün yeni abunə əsaslı sistem bazar qiymətləri tarixi adlanan təqdim edildi. Bu, premium istifadəçilərə eyni buraxılışı satmış əvvəlki satıcılar tərəfindən 12 aya qədər satılan keçmiş qiymət maddələrinə giriş imkanı verdi (baxmayaraq ki, 60 günlük məlumat pulsuz idi). Eyni zamanda, qabaqcıl abunələr üçün illik 12 ABŞ dolları ödənişi ləğv edildi, çünki əlavə funksiyaların bütün abunəçilər üçün əlçatan olması lazım olduğu hiss olunurdu, indi satıcılar və alıcılardan fərqli gəlir axını aşkar edilmişdir. Həmin ilin sonunda bütün ödənişli giriş funksiyaları ləğv edildi və saytdan tam istifadə pulsuz oldu və bütün istifadəçilərə hər bir elementin tam 12 aylıq Bazar Qiymət Tarixçəsinə baxmağa imkan verdi. Discogs Marketplace Amazon və eBay kimi modelləşdirilmişdir, burada satıcılar satış üçün əşyalar təklif edir və satılan məhsul üçün haqq alınır..
Discolenta lapathifolia
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Discolenta scabra
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Discoplis
Zöhrəotu (lat. Mercurialis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Discord
Discord — istifadəçilər arasında mətn, şəkil, video və audio kommunikasiya sahəsində ixtisaslaşan videooyun icmaları üçün nəzərdə tutulmuş müəlliflik hüququ pulsuz VoIP tətbiqi və rəqəmsal yayım platforması. Discord Windows, MacOS, Android, iOS, Linux və veb brauzerlərdə işləyir. 2018-ci ilin dekabr ayından etibarən proqramın 140 milyondan çox istifadəçisi var. Discord 13 May 2015-ci ildə yayınlandı, əsasən Reddit sayəsində populyar oldu. Twitch yayıncıları və oyuncular bu tətbiqdən istifadə etməyə başladılar. 2015-2019-cu arasıda Discord proqramı oyuncu kütləsini hədəfləmişdi, amma çox yüksəlişə keçtikdən sonra 2020-ci ildə, topluluqlar və digər işlər üçün də istifadə oluna biləcəyini açıqladı. Final Fantasy XIV və League of Legends kimi oyunlarda oyundaxili səsli rabitənin məcburi olduğunu və Skype və TeamSpeak kimi xidmətlərin bir çox mənfi cəhətləri olduğunu anlayan Jason Citron, istifadəsi daha asan və daha müasir bir ünsiyyət vasitəsi hazırlamağa başladı. Discord-da buraxıldı, noyabr 2015. Citron-a görə, Discord daha çox Reddit platformasında reklam edildi, bəzi Reddit Forumları (subreddit) öz söhbət serverlərini IRC xidmətindən Discord-a keçirdilər. Discord xüsusilə Yerli Şəbəkə (LAN) oyunçuları və Twitch yayımçıları arasında populyarlaşdı.
Discord (proqram)
Discord — istifadəçilər arasında mətn, şəkil, video və audio kommunikasiya sahəsində ixtisaslaşan videooyun icmaları üçün nəzərdə tutulmuş müəlliflik hüququ pulsuz VoIP tətbiqi və rəqəmsal yayım platforması. Discord Windows, MacOS, Android, iOS, Linux və veb brauzerlərdə işləyir. 2018-ci ilin dekabr ayından etibarən proqramın 140 milyondan çox istifadəçisi var. Discord 13 May 2015-ci ildə yayınlandı, əsasən Reddit sayəsində populyar oldu. Twitch yayıncıları və oyuncular bu tətbiqdən istifadə etməyə başladılar. 2015-2019-cu arasıda Discord proqramı oyuncu kütləsini hədəfləmişdi, amma çox yüksəlişə keçtikdən sonra 2020-ci ildə, topluluqlar və digər işlər üçün də istifadə oluna biləcəyini açıqladı. Final Fantasy XIV və League of Legends kimi oyunlarda oyundaxili səsli rabitənin məcburi olduğunu və Skype və TeamSpeak kimi xidmətlərin bir çox mənfi cəhətləri olduğunu anlayan Jason Citron, istifadəsi daha asan və daha müasir bir ünsiyyət vasitəsi hazırlamağa başladı. Discord-da buraxıldı, noyabr 2015. Citron-a görə, Discord daha çox Reddit platformasında reklam edildi, bəzi Reddit Forumları (subreddit) öz söhbət serverlərini IRC xidmətindən Discord-a keçirdilər. Discord xüsusilə Yerli Şəbəkə (LAN) oyunçuları və Twitch yayımçıları arasında populyarlaşdı.
Discoteque
Discoteque (azərb. Diskoteka‎) — The Roop qrupu tərəfindən səsləndirilən, Litvanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Roop 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən qatılmaq üçün Litvanın Pabandom iš Naujo! 2021 adlı milli seçim turuna qatılaraq Discoteque mahnısını səsləndirdi. İzləyicilər tərəfindən 74.000 səs yığaraq qalib oldular və Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində Litvanı təmsil etmək hüququ əldə etdilər. The Roop qrupu 18 Mayda keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarımfinalında 1-ci hissədə Litvanı təmsil edəcək.
Discovery Channel
Discovery Channel Con Hendricks tərəfindən qurulmuşdur. Sənədli proqramlarıyla məşhur olan kanal ümumiyyətlə elm, texnologiya və tarix haqqında da verlişlər yayınlamaqdadır. Discovery Communications Inc.
Discovery Channel HD
Discovery Channel HD Discovery Communications'un yüksək keyfiyyətli kanalının beynəlxalq adıdır. Discovery Channel HD ilk olaraq, Fevral 2005-ci ildə Koreyada yayıma başlamışdır. Dekabr 2005-ci ildə, Discovery Channel HD Yaponiya və Discovery Channel HD Kanada yayıma başlamışdır.
Discovery Channel Russia
Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal. İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi. 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi. 2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur. Discovery Channel – MBG saytında.
Discovery Familia
Discovery Familia — "Discovery Communications"a məxsus təhsil və ailə yönümlü ispandilli Amerika peyk və kabel televiziyası kanalı.
Discovery Family
Discovery Family (əvvəllər — ing. Discovery Kids and Hub Network) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir. Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı. Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010–2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi. Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı.
Discovery Fit & Health
Discovery Fit & Health Discovery Communicationsun fitness və sağlamlığa həsr olunmuş yeni televiziya kanalı. Bu kanal Discovery Health və FitTV kanallarının birləşməsi nəticəsində yaradıldı.Kanal 1 fevral 2011-ci il tarixində yayıma başlamışdır.
Discovery HD Showcase
Discovery HD Showcase (2010-cu ilə qədər — Discovery HD) — Discovery qrupindan olan HD formatında (High-Definition television) olan telekanal. Telekanal təbiət və ətraf mühit haqqında verilişlər, qeyri-bədii və sənədli filmlər, müxtəlif binalar və insan nailiyyətlərini nümayiş etdirir. Rusiyada telekanal, kabel şəbəkələrində və böyük peyk operatorlarında 4 mart 2014 tarixinə qədər yayımlandı. Sonra isə bu telekanal Discovery Channel Russia ilə əvəzləndi. Əvvəlki versiya yalnız Tricolor TV operatorunda 2015-ci ilin avqustuna qədər qalmışdır.
Discovery Science
Science Channel texnologiya, elm və planetlər ilə əlaqədar sənədli filmləri yayımlayan kanal.
Discovery Travel & Living
Discovery Travel & Living Discovery Communications-ın bir kanalıdır.Kanal Bu adı Avropa, Latın Amerika və Asiyada istifadə edir. Dünyanın digər yerlərində isə kanal Travel Channel olaraq adlanır. Kanalda Discovery Science-dakı kimi sənədli filmlər yerinə daha çox gəzinti,tətil proqramları nəşr olunar.
Discovery World
Discovery World sivilizasiya tarixi, mədəniyyətlər, döyüşlər, tarixin sirləri mövzu edilən, sənədli filmlər yayımlayan kanal. Discovery World kanalında yayımlanan və səs gətirmiş bəzi proqramlar: Amazing Medical Stories Discovery Atlas Dr.
Emilia discifolia
Emilia discifolia (lat. Emilia discifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio discifolius Oliv. Euryops osteospermum S.Moore Senecio hoffmannianus Muschl.
Epipactis discolor
Evacopsis discolor
Glossopappus macrotus var. discolor
Glossopappus (lat. Glossopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Glossopappus macrotus (Durieu) Briq. Sinonim Chrysanthemum macrotum (Durieu) Ball Glossopappus macrotus var. discolor Maire Coleostephus macrotus Durieu Glossopappus macrotus var. concolor Maire Coleostephus macrotus Durand Glossopappus macrotus subsp. chrysanthemoides Maire Glossopappus macrotus var.
Guioa discolor
Guioa discolor (lat. Guioa discolor) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Hedera helix var. discolor
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Təbii halda Qərbi Avropada meşələrdə bitir. Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.