Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.
Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir.
Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.