DUST-BIN

n zibil qutusu / yeşiyi

DUST
DUST-CART
OBASTAN VİKİ
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. == Klub karyerası == San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər. Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.
Şon Bin
Şon Bin (17 aprel 1959) — film və kino aktyoru.
Bin Akao
Bin Akao (赤尾敏, Akao Bin, 15 yanvar 1899, Naqoya – 6 fevral 1990, Toşima) – yapon ifrat sağçı siyasətçi. Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuşdur. == İlk illəri == Akao Bin 1899-cu ildə Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 1916-cı ildə Ayçi Üçüncü Orta Məktəbindən məzun olduqdan sonra nəşriyyat biznesi ilə məşğul olmağa başlamışdır. == Fəaliyyəti == Akao siyasi fəaliyyətinə kommunist kimi başlamış və 1920-ci illərdə Yaponiya polisi ilə yaşanan qarşıdurmalar səbəbilə həbs olunmuşdur. Həbsdə olduğu müddətdə İtaliya siyasətçisi Benito Mussolininin faşizim haqqında əsərlərini oxumuş və siyasi baxışını dəyişərək ifrat sağçı aktivistə çevrilmişdir. Akao 1942-ci ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir. Lakin baş nazir Hideki Toconu ictimai tənqid etdiyi üçün bu mövqeyindən uzaqlaşdırılmışdır. O, müharibə illərində Milli Fond Assosiasiyasına və Yaponiya İmperator Hakimiyyəti Assosiasiyasına rəhbərlik etmiş, Beynəlxalq Antikommunist Liqasının direktoru olmuşdur. Akao 1952-ci ildə Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuş və partiyanın prezidenti seçilmişdir.
Hüseyn bin Abdulla
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني‎; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir. == Həyatı == Hüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
Hüseyn bin Abdullah

Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. == Həyatı == Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.
Mister Bin (personaj)
Mister Bin (ing. Mr. Bean) — İngiltərə istehsalı sitkom televiziya serialı Mister Bin, animasiya filmi və 2 komediya filmində olan personaj. Roven Atkinson tərəfindən yaradıldı və canlandırıldı. Personaj ilk dəfə televiziyada serialın 1 yanvar 1990-cı ildə yayımlanan "Pilot" bölümündə görünmüşdür.
Mister Bin (teleserial)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Məhəmməd bin Şəddad
Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi. == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Osman Bin Affan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əffan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman bin Əffan

Quteybə bin Müslüm
Qüteybə ibn Müslüm (668, Bəsrə – 715, Fərqanə vadisi) — ərəb sərkərdəsi. == Həyatı == Qüteybə ibn Müslüm ərəblərin Bahili qəbiləsindən idi. Qüteybə ibn Müslüm Əfqanıstan və Orta Asiyada elədiyi işğallar ilə Əməvi torpaqlarının sərhədlərini genişləndirmişdir. 704cü ildə Əbdülməlik İbn Mərvan tərəfindən Xorasan valisi təyin edilən Qüteybə, həm də təqribən 50 min nəfərlik bir ordunun sərkərdəsi olur. Xorasandan Şimala və şərqə doğru təşkil etdiyi hücumların birincisində (705) Toxarıstana girərək paytaxt Bəlx şəhərini işğal edir. Şəhər əhalisi təslim olsa da şəhəri dağıdır. Ardından o tarixdə Oxus olaraq adlanan Ceyhun çayını (Amu Dərya) aşaraq Buxara (bu gün Özbəkistanda) və şəhər ətrafındakı Soqdiana torpaqlarını işğal edir (706-709). İşğalları davam etdirərək 706-cı ildə Bəykəndi alır. Şəhər işğal olunarkən bu şəhəri də dağıdaraq bütün kişiləri öldurtdurur. Onun işğallarını durdurmaq üçun Buxara hökumətinin sərkərdə olaraq təyin etdiyi Vərdan xudanı da məğlubiyyətə uğradır.
Rizaəddin bin Fəxrəddin
Rizaəddin bin Fəxrəddin və ya tam adı Rizaəddin bin Fəxrəddin bin Seyfəddin eş-Şirdani (tatar. Ризаэтдин Фәхретдин; 4 yanvar 1859, Kiçüçat[d], Buqulma qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 11 aprel 1936 və ya 12 aprel 1936, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar tarixçisi, ədib, pedaqoq, ilahiyyatçı, dini və ictimai xadim. Dini, siyasi və pedaqoji mövzularda yazdığı çoxsaylı əsərlər ilə cədidçilik hərəkatının tərəfdarı olmuş və nəşr etdiyi "Şura" jurnalı ilə Rusiya imperiyasındakı müsəlmanlar üçün siyasi müzakirə üçün əhəmiyyətli bir orqana çevirmişdir. == Həyatı == Rizaəddin bin Fəxrəddin Samara quberniyasının Kiçüçat kəndində molla ailəsində anadan olub. O, atasının rəhbərlik etdiyi kənddə məktəbdə, daha sonra yaxınlıqdakı Şelçeli kəndindəki mədrəsədə oxuyub. 30 yaşında molla olub və İlbek kəndindəki mədrəsəyə rəhbərlik edib. 1891-ci ildə qazı seçildi, yəni Rusiyada müsəlmanlar üçün dini idarəetməyə üzv oldu. Bu səbəbdən geniş dini fəaliyyətini göstərə biləcəyi Ufada məkanına köçdü. 1905-ci il Birinci rus inqilabı zamanı, o, Müftilər yığıncağında geniş bir islahat proqramı təqdim etdi. Bu proqram digər məsələlərlə yanaşı idarəçiliyin Qazaxıstan müsəlmanları üzərindəki məsuliyyətinin uzadılmasını da əhatə etmişdir.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Ladin

Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, İslamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.
Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin dəstəsinin üzvlərini qətlə yetirmişlər. İkinci ilində Mədinəyə qoşun göndərmiş və şəhəri talan etmişdi. == Həyatı == Yezid 646-cı ildə Suriyada Osman (644-656) dövründə Suriyanın o zamankı hökmdarı Müaviyə ibn əbu Sufyanın və güclü Banu Kalb qəbiləsinin lideri Bəhdəl ibn Unaifin qızı Maysunanın ailəsində anadan olmuşdur. Yezid Ana qohumları ilə birlikdə böyüdü. Yezid kobud nəvəsib, qəddar, sərt, spirtli içki qəbul etmiş və günah işlətmişdi. == Ölümü == Yezid 12 noyabr 683-cü ildə 35 ilə 39 yaş arasında Huvvarində öldü. Oğlu II Müaviyə xəlifə oldu. Ancaq gücü Suriyanın yalnız bəzi bölgələri ilə məhdudlaşdı və bir neçə ay sonra bilinməyən bir xəstəlikdən öldü.
Yusof bin İshak
Yusof bin İshak (d. 12.8.1910, Taypinq, Perak, Malay Federasiyası — ö. 23.11.1970, Sinqapur) — Sinqapur dövlət xadimi. Sinqapurun birinci prezidenti (1965-1970) == Həyatı == 12 avqust 1910-cu ildə Malay Federasiyasının Perak əyalətinin Taypinq rayonunun Teronq kəndində anadan olan Yusof, 1759-cu ildə Penanqa köçən Sumatranın Malay Datuk Jannatunun nəslindəndir. Onun atası Minanqkabau əsilli, anası isə İndonesiyanın Lanqkart regionundan Malay əsilli idi. Onun qardaşı Əziz bin İshak, Malayziyalı jurnalist və azadlıq mücahidi idi. O, ilk təhsili Viktoriya məktəbində alır və daha sonra Raffles İnstitutunda təhsilini davam etdirir. Rafflesdə olduğu zaman Sinqapur Milli Kadet Korpusuna qoşulur. O, Korpusda ilk dəfə yeniyetmə zabit kimi işləyib. == Karyerası == 1929-cu ildə dostları ilə birlikdə "İdmançı" jurnalını təsis edir.
Zeynalabdin bin Əli
Zeynalabdin bin Əli (ərəb. زين العابدين بن علي‎, fr. Zine el-Abidine Ben Ali; 3 sentyabr 1936[…] – 19 sentyabr 2019[…], Ciddə, Məkkə bölgəsi[d]) — Tunisin ikinci prezidenti Bir müddət əvvəl xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Tunis prezidenti Zin əl-Abidin Ben Əlinin varidatının bir hissəsi ictimaiyyətə nümayiş etdirilib. yerli telekanallardan birində sabiq prezidentə məxsus külli miqdarda pul, zinət əşyaları və sair xalqa göstərilib. Varidat Ben Əlinin Tunis paytaxtı yaxınlığında yerləşən şəhərcikdəki iqamətgahında aşkarlanıb. Mütəxəssislər varidatın bir neçə milyon dollar olduğunu bildirir. Xatırladaq ki, Ben Əli yanvarın 15-də Səudiyyə Ərəbistanına qaçıb. Sonradan onun insult keçirdiyi və komaya düşdüyü haqda xəbərlər var. Tunisin devrilən prezidenti Zeynəlabdin Bin Əlinin səhhəti ilə bağlı spekulyasiyalar davam edir. Bin Əilinin Ciddədə müalicə olunduğu xəstəxanada öldüyü bildirilir.
Çon Yu-bin
Jeon Yeo-been (kor. 전여빈; 26 iyul 1989) Cənubi Koreyalı aktrisadır. Çon, 22-ci Busan Beynəlxalq Film Festivalında "İlin Aktrisası" mükafatını və 2017 Seul Müstəqil Film Festivalında "Müstəqil Ulduz" mükafatını qazandıran "Ölümümdən Sonra" (2018) (ing. After My Death) filmindəki performansı ilə məşhurlaşdı. Çonun karyerası Vincenzo (2021) televiziya serialında və cinayət janrında olan "Gecə Cənnətdə" (2021) (kor. Night at Paradise) filmində çəkildikdən sonra yüksəlməyə davam edir. == Karyera == Çon aktrisalığı Donduk Qadın Universitetində "Broadcast Entertainment"-də oxuyarkən öyrənib. Aktrisa və rejissor Mun So-ri Seul Beynəlxalq Qadın Filmləri Festivalının treylerində onu gördükdən və "Ən yaxşı rejissor" qısametrajlı filmində rol almaq üçün onunla əlaqə saxladıqdan sonra 5 il sonra aktyorluğa başladı. 2015-ci ildə Çon dram janrında olan "Xain" (kor. The Treacherous) filmində debüt etdi.
Ömər bin Saad
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.