FIRST

first1

n 1. (the ~) birinci (gün. tarix, vaxt); on the ~ of May mayın birində; 2. birinci adam (bir şey edən); We were the first to arrive Birinci gələn biz idik; 3. birinci sort, əla keyfiyyətli mallar; birinci klasda yer (hər hansı nəqliyyatda)

first2

adj 1. birinci (sıra sayı ilə); the ~ three years birinci üç il; the ~ turning on the right sağda birinci döngə; 2. birinci (vaxta görə); ilk; the ~ flowers of spring yazın ilk / birinci çiçəkləri; the ~ writer of history birinci tarixçi; 3. birinci sort, ən yaxşı, əla; ar ticles of ~ quality birinci sort / növ mallar

first3

adv 1. əvvəl, əvvəlcə, əvvəlcədən, qabaqca, qabaqcadan, qabaq, təzədən, yenidən; ~ of all hər şeydən əvvəl; I’ll go there first Əvvəlcə mən ora gedəcəm; 2. ilk / birinci dəfə; when he ~ went to war... o birinci dəfə müharibəyə gedəndə...; 3. birinci; ilk növbədə; to stand ~ birinci olmaq, birinci sıralarda dayanmaq; He arrived first O, birinci gəldi

FIRM
FIRST-AID
OBASTAN VİKİ
First Arsch
First Arsch — "Rammstein"-in vokalisti Till Lindeman tərəfindən 1986-cı ildə Şverində yaradılmış punk rock qrupudur. Amma Lindemann bu qrupda zərb alətində ifa edirdi. == Haqqında == First Arsch qrupu "İlk Sənət" adı ilə tanınırdı. Bu ad səlahiyyətli orqanların fikirlərini yayındırmaq , incəsənətlə məşğul olan qrup olduqlarını göstərmək üçün qoyulmuşdur. Çünki o zamanlar Şərqi Almaniyada bu cür qrupların fəaliyyəti qadağan adı. Aşkarlanacağı təqdirdə qrup üvlərini böyük cəzalar gözləyirdi. Qısaca olaraq First Arsch gizli qrup idi. Gizlicə konsertlər verirdi. == Üzvləri == Yörq E. Milke (Bas gitarist, vokalist) Till Lindeman (Zərb) Rixard Kruspe (Baş gitarist, vokalist) Paul H. Landers (Ritim gitaristi, vokalist) == Diskoqrafiya == "Saddle Up" — Albomdakı mahnıların siyahısı: Train Priest in love SKA(T) In the name of love Crowded house Preagnant AHA-ha Superstition Saddle Up O-cult Moder Blues Come together Hip Hop Flop Chicken steps Big Dong (für Saskia S.) == Xarici keçidlər == First Arsch — discogs.com saytında.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
The First Album
The First Album (azərb. Birinci albom‎) – Modern Talking qrupunun ilk albomudur. Bu albomda yalnız "There’s Too Much Blue In Missing You" mahnısını Diter Bolen ifa etmişdir. Albomun super hitləri "You're My Heart, You're My Soul" və "You Can Win If You Want" sinqlarıdır. Dünyada albomun 6 milyon nüsxəsi satılmışdır.
The First Time
The First Time — Avstraliya repçi-müğənnisi The Kid Laroi(en)-nin debüt studiya albomu. 10 noyabr 2023-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.

Digər lüğətlərdə