FRIM

adj 1. şirəli, sulu; 2. bol, çox

FRIGIDLY
FRINGE
OBASTAN VİKİ
Dirk Frimout
Dirk Frimout (nid. Dirk Dries David Damian Frimout; 21 mart 1941) — Belçika astronavtı.
Friman boğazı
Friman boğazı - Şpitsbergen arxipelaqına daxil olan Barens adasını Egj adasından ayırır. Barens dənizi hövzəsində yerləşir. İlin böyük hissəsi buzla örtülü olur. Uzunluğu 32 km, eni isə 6 km təşkil edir. Boğaz adını Rolf Rrimanın adından götürülmüşdür. XVII əsrdə İngilis kit ovçusu olmuşdur. Boğazı ağ ayılar tez-tez ziyarət edirlər.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Frimont (Vayominq)
Frimont Rayonu (ing. Fremont County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 35 804 nəfər olmuşdur. Rayonun paytaxtı Lander şəhəridir.
Keti Friman
Keti Friman—400 metr məsafəyə qaçış üzrə ixtisaslaşmış sabiq Avstraliyalı sprinter. O, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qadınların yarışında birinci olmuşdur. Keti Friman həmçinin 2000-ci ildə Yay Olimpiya Oyunlarında Olimpiadanın məşəlini də yandırmışdı. Friman 1990-ci ildə 16 yaşında ilk dəfə Aborigen Birlik Oyunlarının qızıl mükafatçısı olub. 1994-cü il onun karyerasının yüksəliş dövrü idi. Kanadada təşkil olunmuş 1994-cü il Birlik Oyunlarında, Friman 200 metr və 400 metrlik məsafələrin hər ikisində qızıl medal qazanıb. O, həmçinin 1996-cı il Olimpiya Oyunlarında gümüş medal qazanıb və 1997-ci il Dünya Çempionatında 400 metr məsafyə yarışlarda birinci olub. 1998-ci ildə zədə səbəbindən Friman qaçış yarışlarından bir müddət ayrıldı. O, idmana 1999-cu il Dünya Çempionatında 400 m məsafəyə yarışda birinci yeri tutmaqla qayıdıb. Keti Friman 2003-ci ildə karyerasını bitirdiyini elan edib.
Morqan Friman
Morqan Friman (1 iyun 1937[…], Memfis, Tennessi) — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu. == Həyatı == Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi. == Filmləri == Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır. Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.
Orrin Erastus Friman
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir. == Həyatı == Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir.1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir. Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır. Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür. Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir. === Yaponiyada === 1859-cu ilin dekabrında və ya 1860-cı illərin əvvəlində Yaponiyanın Yokohama şəhərinə çatmış, burada Yaponiyanın ilk fotostudiyasını açmışdır.
Orrin Friman
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir. == Həyatı == Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir.1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir. Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır. Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür. Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir. === Yaponiyada === 1859-cu ilin dekabrında və ya 1860-cı illərin əvvəlində Yaponiyanın Yokohama şəhərinə çatmış, burada Yaponiyanın ilk fotostudiyasını açmışdır.
Samuel Friman evi
Samuel Friman evi 1923-cü ildə inşa edilmiş Kaliforniya Los-Ancelesdə yerləşən Frank Lloyd Raytın evidir. Ev 1971-ci ildə tarixi yerlərin milli reyestrində verilmişdir. Eyni zamanda ev, 1011 saylı Kaliforniya tarixi işarəsi ilə 1981-ci ildə Los Anceles Tarixi-Mədəniyyət Abidəsi olaraq siyahıya alınmışdır. Ev Raytın erkən modernist memarlığının bir nümunəsi olaraq Los Anceles bölgəsində Rayt tərəfindən inşa edilən dörd toxuma blok evlərindən biridir. 1986-cı ildə Friman evi USC memarlıq məktəbinə miras qaldı. 2005-ci ildə 901 min dollarlıq bir qrant və 1,5 milyon dollarlıq məktəb vəsaiti hesabına sabitləşmə layihəsi tamamlanmışdır. Evin tarixini və vəziyyətini sənədləşdirmək üçün 3200 səhifəlik, yeddi cildli bir kitab tərtib edilmişdir. Kitabların 2014-cü ildəki nəşri Qraham Təsviri İncəsənətdə "Qabaqcıl Tədqiqatlar Fondu"nun qrantı ilə dəstəklənmişdir. == İstinadlar == == Xarici keçidlər == Friman evi, USC Arxivləşdirilib 2014-12-23 at the Wayback Machine Friman evinin şəkli.
Qordon Friman
Qordon Friman — Half — Life seriyasının əsas personajıdır. Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən ona verilən nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsinə (elmlər namizədinin qərb ekvivalenti) malikdir. Black Mesa Tədqiqat Mərkəzində nəzəri fizik kimi çalışarkən o, alimlər İsaak Kleiner , Eli Vans və Arnold Maqnussonla birlikdə anomal materiallar üzərində eksperimentdə iştirak edib. Təcrübə zamanı nasazlıq baş verdi ki, bu da Zen paralel dünyasına ölçülərarası bir qapı açdı və orada yaşayan canlıların Yerə hücumunun başlanğıcını qeyd etdi . == Haqqında == Qordon Friman Vaşinqton ştatının Sietl şəhərində anadan olub . Kiçik yaşlarından o, kvant mexanikası və nisbilik nəzəriyyəsi ilə maraqlanırdı ; Onun bütləri Eynşteyn , Hawking və Feynman idi . 1990-cı illərin sonlarında İnsbruk Universitetində qonaq tələbə kimi Qordon Eksperimental Fizika İnstitutu tərəfindən aparılan erkən teleportasiya təcrübələrində iştirak etdi. O vaxtdan bəri teleportasiyanın praktik tətbiqi gənc fizikin həvəsinə çevrildi. 1999-cu ildə Friman Massaçusets Texnologiya İnstitutu tərəfindən fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür . İnsbruk Universitetində akademik tədqiqatlarda iştirak edərkən, Qordon inkişaf tempinin ləng olması və kifayət qədər maliyyə olmaması səbəbindən məyus oldu.
Ве́ра мочеистоще́ние размести́ться тюре́мщица э́ва надтёсываться нескро́мность отзови́зм подканда́льники разоспа́ться теплофи́зик коклюш хрящ approbative Assuan haymaking lithium misjudgment railman scan tabescence аутсайдер врезаться проламывать удовлетворяться