Good bye, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır.
Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər.
== Məzmun ==
ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.