GƏNCƏ

xəzinə (Azərbaycanın eyni adlı şəhərinin adındandır); türk tayfalarından biri.
GƏNCAMAL
GƏNCƏLİ
OBASTAN VİKİ
Hacıkənd (Gəncə)
Hacıkənd — Gəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir. Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınmışdır. Sonralar indiki Xanlar Şəhərində yaşamış alman kolonistləri burada tikinti-abadlıq işləri apararaq onu oz yaylaq-kurort məskənlərinə çevirmişdilər. Oykonim Hacı (Mirqasımın titulu) və kənd komponentlərindən düzəlib, "Hacının kəndi, Hacının mülkü" deməkdir.
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Gəncə qalası (Köhnə Gəncə)
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə (Göygöl)
Gəncə — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad kənd inzibati ərazi dairəsində kənd. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Kənd adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır.
Gəncə (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Gəncə — Azərbaycanın, 2-ci böyük şəhəri. Gəncə (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Gəncə (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Gəncə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Digər Gəncə Müstəqil Jurnalistika Mərkəzi — 2001-ci ilin iyul ayında Gəncədə açılmış təşkilat. Gəncə Müsəlman Milli Komitəsi — qeyri-hökumət ictimai təşkilatı. Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ik seminariya (1914). Gəncədə futbol — Gəncə şəhərində futbol haqqında Gəncə şəhəri 17 nömrəli tam orta məktəb — Azərbaycan Respublikasının Gəncə şəhərində ümumi təhsil müəssisəsi.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Gəncə (Əsədabad)
Gəncə (fars. گنجه‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (47 ailə).
Gəncə Darvazaları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Gəncə Divanxanası
Gəncə Divanxanası — Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Gəncə Qalası
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır. Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.
Gəncə aeroportu
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə aviabazası
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə bombalanmaları
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. == Bulvar haqqında == Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir. Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Gəncə bələdiyyələri
Gəncə bələdiyyələri — Gəncə şəhərində fəaliyyət göstərən bələdiyyələr. Hal-hazırda Gəncədə 3 bələdiyyə fəaliyyət göstərir. Bunlarda 2-sinin sədri hakim Yeni Azərbaycan Partiyasının üzvü, 1-i isə bitərəfdir. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gəncə bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü. == Qarabağ bəylərbəyliyin mahalları == Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib.
Gəncə hücumu
Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.
Gəncə körpüləri
Gəncə körpüləri — Gəncənin ən çiçəklənən vaxtının- XI-XII yüzilliklərin abidələri. Köhnə Gəncə ərazisində Gəncəçay üzərindən atılmış üç çoxaşırımlı körpünün indiyə ancaq dayaqları və kiçik fraqmentləri qalmışdır. Gəncə körpüləri iki hissəliqalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımından nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının — şəhristanın hissələri arasında,çay axarının aşağısında olan isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir. == Tarixi == Mürəkkəb relyefli yer quruluşu,ərazisində çayların sıx şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Ölkədaxili ilişgiləri çətinləşdirən təbii maniələri azaltmaqla yanaşı,Azərbaycanın ərazisini kəsib keçən qitələrarası ticarət marşrutlarında da rahat gediş-gəlişi təmin etmək üçün körpülər salınması zəruri idi.
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. == Müqavilənin tarixi və şərtləri == Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Gəncə mədrəsəsi
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır. == Tarixi == Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.” Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir. == Memarlıq xüsusiyyətləri == Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.
Gəncə mədəniyyəti
Gəncə şəhərinin əsası 859-cu ildə qoyulmuşdur. E.ə. VII əsrdə skiflərin qurduğu İşquzun özəyinin midiya dilindəki adı Sakaşen (Azərbaycan Respublikasının qərbində, indiki Gəncədə) idi. Gəncə Şəddadilərin və Gəncə xanlığının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdur. Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burada həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 dən artıq insan iştirak edir. İncəsənət nümayəndələri ilə yanaşı yaxşı olardı ki, respublikamızın mərhum aktyorları Zülfügar Baratzadə və Məhəmməd Bürcəliyev, Ələddin Abbasov və Sədayə Mustafayeva kimi sevilən incəsənət xadimlərini də qeyd edək. Müğənni Şahnaz Haşımova həmçinin Azərbaycanın Xalq Artisti adına layiq görülüb.
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi
Gəncə Əkinçilik və Dövlət Əmlakı İdarəsi — əkinçiliyin, digər kənd təsərrüfatı sahələrinin yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına, xəzinə və töycü rüsumlarının toplanmasına, meşələrin mühafizəsinə rəhbərlik və nəzarət edən qurum. == Fəaliyyəti == 1903-cü il mayın 1-də yaradılmışdı. Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə tabe idi. 1918-ci ilin 2-ci yarısında idarə 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində baş vermiş hadisələrlə əlaqədar xüsusi mülkiyyətdə olan malikanələrə və torpaqlara, eləcə də dövlət əmlakına dəymiş ziyanı müəyyənləşdirməyə, torpaq və meşə sahələrində qayda yaratmağa başlamışdı. Meşələrin amansızcasına qırılmasını dayandırmaq üçün ağac materiallarına və oduna kəndlər üzrə məhdudiyyət qoyulmuşdu. 1919-cu ilin əvvəlində 1919-1920 illər üçün yeni smetalar tərtib edilmişdi. Meşə təsərrüfatı məsələlərini tam həll etmək üçün meşə sahələrinin qorunması, ağac materiallarının verilməsi qaydasının dəyişdirilməsi və s. haqqında qərarlar qəbul olunmuşdu. Torpaq və töycü sahəsində istər köçürülmüş rus kəndlilərinin, istərsə də yerli sakinlərin tərk etdikləri torpaqların müəyyən edilməsinə dair tədbirlər görülürdü. 1919-cu ildə xüsusi şəxslərin tərk etdikləri mülklərin və torpaqların qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlanırdı.
Gəncəbasan nahiyəsi
Gəncəbasan nahiyəsi — Osmanlı dövründə ölkə inzibati cəhətdən livalara (əyalətlərə), livalar da nahiyələrə bölünmüşdü. == Tarixi == Gəncə livasının Gəncəbasan nahiyəsi 69 kənd, 10 məzrədən ibarət idi. == Məzrələri == Qaraca Əmirli məzrəsi Əmir Saleh məzrəsi Qulaca məzrəsi Köhnəşəhər məzrəsi Düldül məzrəsi Hacı Hüseyinli məzrəsi Yusifbinə məzrəsi Köhnəşəhər məzrəsi Qızılbağça məzrəsi Ocaqlı məzrəsi == Kəndlər == Kilsə kəndi Yeni kəndi Molla Cəlil kəndi Ziyatlı kəndi Karlızəbanlı kəndi Süleymanlı Hacılı kəndi Sarbanlar kəndi Xanlıqlar kəndi Ərəbli (Lalələr) kəndi Cukət kəndi Qurban Hacılı kəndi Qadılı kəndi Ocaqlı kəndi Molla Osmanlı kəndi Girzan kəndi Əhmədbəyli kəndi Hacı Murad kəndi Şahsevən kəndi Salehli kəndi Fadıllı kəndi Qırıqlı kəndi Qurtlu kəndi Tavlalı kəndi İmamlı kəndi Qarasaqqal kəndi Düldül məzrəsi Şamyeri kəndi Həsəngüney kəndi Nəsirtop Allavar kəndi Sofular kəndi Alıxlı kəndi Əsbəkürək kəndi Üçtəpə çayı kənarı Kürəyəsultan kəndi Qızılqayalı kəndi* Kəngərli camaatı Qibtiyan camaatı Zərgərli camaatı Hastin (Ballıca) kəndi Qaftəpə kəndi Əmiryar kəndi Yuxarı Bayan kəndi Quşçu kəndi Aşağı Bayan Tülkü kəndi Seyid kəndi Şadaq kəndi Çovdar kəndi Bəhşik kəndi Afuca kəndi Korlar kəndi Nükzər kəndi Vəng kəndi Qaşqaçay kəndi Sərxoş kəndi Yenicə kəndi Quytul kəndi Savur kəndi Fazil kəndi Mədəni-Zac kəndi Daşkəsən kəndi Basil kəndi Hacıbulaq Cavanşir camaatı == Mənbə == Gəncə—Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: "Şuşa", 2000.
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Gəncədəki məscidlərin siyahısı
Gəncədə Cümə məscidi və məhəllə məscidləri.
Gəncəklər
Gəncəklər — qədim türk tayfası. == Tarixi == Gəncək tayfası haqqında ilk dəfə XI əsrdə Mahmud Qaşqarlı məlumat verib. Məşhur dilçi alim, türk dillərinin fədakar qrammatik araşdırıcısı Mahmud Qaşqari öz "Divanü Lüğat-it-Türk" əsərində Gəncək sözünü bir tayfanın adı kimi çəkir, onları qıpçaq soylarından hesab edir. Miladdan əvvəl qıpçaq soyu birləşməsinin tərkibində gəncəklər soyu olmuş və onlar Gəncək (Qanzaq) şəhərini salmışlar. Hal-hazırda gəncək soylarının eramızdan əvvəl, Gəncək (Qanzaq) şəhərinin eramızın ilk orta yüzilliklərində salındığı haqqında fərqli rakursdan baxış mövcuddur. Strabonun “Coğrafiya”sında Gəncək şəhərinin adına rast gəlinir. Belə çıxır ki, şəhər miladdan əvvəl birinci yüzillikdən əvvəl mövcud imiş. Gəncək şəhərini Strabon Atropatenada, Musa Kalankaytuklu isə Qarabağda yerləşdirir. Hətta çox maraqlıdır ki, “Albaniyanın tarixi”nin müəllifi onu Albaniya şəhəri kimi yox, ərəblərin bu yerləri işğalından sonra salınmış şəhər kimi qeyd edir. Əslində iki Gəncə adını daşıyan şəhər olmuşdur.
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995) Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu (19 fevral 1942, Astara – 27 iyul 2022) – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994–1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 mart 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. 1994–1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. Gəncəli Əziz oğlu Gənciyev 1942-ci il matın 19-da anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib.
Gəncəli Qanbayev
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Gəncəli müdrik (roman)
Gəncəli müdrik — Əlisa Nicatın Mirzə Şəfi Vazehdən bəhs edən və ilk dəfə 1990-cı ildə çap edilmiş bioqrafik romanı. == Məzmun == Kitab azərbaycanlı mütəfəkkir, şair və tanınmış tarixi şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. == Nəşr və tərcümə == Roman ilk dəfə 1984-cü ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2019-cu ildə Pergament Yayın Evində 334 səhifədə 100 tirajla çap edilib.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Gəncəli xan Zığ
Gəncəli xan Zığ (?-1646) — Kirman bəylərbəyliyinin hakimi, Səfəvi sərkərdəsi. == Həyatı == I Şah Abbas Vəli xan Avşarı qoca olduğu üçün Kirman mülklərini ona tiyul verdi və icazə verdi ki, Kermanın bir guşəsində əbədi dövlətə dua etməklə məşğul olsun. Və Kermanın idarəsi Gəncəli xan Zığa tapşırıldı. == Ailəsi == Gəncəli xanın Əlimərdan xan adlı oğlu vardı.
Gəncəli xan kompleksi
Gəncəli xan kompleksi — Səfəvilər dövrünə aid kompleks. İranın Kirman şəhərinin qədimi mərkəzində yerləşir. Kompleks məktəb, kvadrat, karvansara, hamam, su anbarı, zərbxana, məscid və bazardan ibarətdir.
Gəncənin bombalanması
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. == Haqqında == Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır. 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.
Gəncənin mühasirəsi (1606)
Gəncənin mühasirəsi — 1606-cı ildə, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, Mehmed paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Şah Abbasın öndərliyi altındakı Səfəvi qüvvələri arasında baş vermiş döyüş. Mühasirə Səfəvi ordusunun müvəffəqiyyəti və Gəncə qalasının 18 il sonra yenidən Səfəvi idarəsinə keçməsi ilə nəticələnmişdir. == Zəmin == Səfəvilər şəhəri 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Şah Abbas Osmanlı imperiyasının 1578–1590-cı illərdə gerçəkləşmiş Səfəvi–Osmanlı müharibəsi nəticəsində ələ keçirdikləri əraziləri geri almaq üçün 1603-cü ildə başlatdığı hücumda əhəmiyyətli uğurlar qazanmışdır. O, 1603-cü ildə Nəhavənd və Təbrizi, eləcə də İranın bütün qərbini zəbt edə bilmiş, 1604-cü ildə isə uzunmüddətli bir mühasirədən sonra İrəvan şəhərini dövlətinin ərazilərinə qata bilmişdi. Bir tərəfdən Avstriya ilə uzun bir müddətdir vuruşan, digər tərəfdən isə Cəlali üsyanları ilə məşğul olan Osmanlı imperiyası 1603-cü ildə taxta yeni sultanın oturmasının da təsiri ilə qərb sərhədlərində bu qəfil hadisələrə tez bir cavab verə bilmədi. 1604-cü ildə şərq-sərdar təyin edilən Cığalızadə Yusif Sənan Paşanın İrana yürüşü uğursuz olmuş, 1605-ci ildə yenə Sənan Paşanın öndərliyindəki Osmanlı ordusu Urmiya döyüşündə böyük bir məğlubiyyətə uğramışdı. Bu böyük məğlubiyyətdən sonra Osmanlı hərbi komandanlıq rütbələrindəki sarsıntılar və 1607-ci ilə qədər Suriya ilə Cənub-şərqi Anadoluya təsir göstərən Canpoladoğlu üsyanının çıxması ilə Cənubi Qafqazdakı son Osmanlı qoşunları da yardımsız qalmış, Şah Abbas isə 1606-cı ildə Azərbaycan və Gürcüstandakı köhnə torpaqlarını geri almaq üçün ordusu ilə bu bölgələrə soxulmuşdu. == Mühasirə == Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini mühasirə etməyə aprel ayı kimi əlverişli bir vaxtda başlamışdır. Gəncə şəhərində təxminən 5.000 nəfərlik Osmanlı qarnizonu köhnə Təbriz qubernatoru Mehmed Paşanın öndərliyi altında idi.
Gəncənin mühasirəsi (1734)
Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma. == Tarixi == Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar. Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı. Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.
Gəncənin səsi (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Gəncənin yeraltı yolları
Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları — Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları. == Tarixi və inşası == Tarixi VIII əsrə qədər gedib çıxan bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur. Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır. Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur. Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur. Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir. Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır.

Digər lüğətlərdə