HASİLƏ
HAŞİM
OBASTAN VİKİ
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran, Lənkəran qəzası – 1987, Bakı) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Haşım Qadoyev
Aktyor. Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Haşım Tərlan
Haşım Tərlan — şair. Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi. Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Mirzə Haşım bəy Baharlı
Əhməd Haşım
Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır. Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir.
Haşım Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır. Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır. Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur.
Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi. Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir. Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib. Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir.
Ağakişi Haşımov
Ağakişi Məmmədqasım oğlu Haşımov - (d.1 may 1890, Bakı - ö. aprel 1920) - Praporşik, 1920-ci il Aprel işğalının qurbanı. 1890- cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 1920-ci il Aprel işğalının qurbanı olmuşdur.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Elmira Haşımzadə
Elmira Həşimzadə — azərbaycanlı aktrisa. Elmira Haşımzadə 23 sentyabr 1945-ci ildə Xaçmazda anadan olub. Sumqayıt Kimya və Texnologiya Texnikumunda (1971), M.A.Əliyev adına ADİİ-da təhsil alıb (1971-1976).
Elçin Haşımov
Elçin Həşimov (Elçin Ləzgi oğlu Həşimov; 5 sentyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2007), Azərbaycan Respublikasının xalq artisti (2020). Elçin Həşimov 5 sentyabr 1973-cü ildə Bakıda anadan olub. Əslən Füzuli rayonunun Əhmədbəyli kəndindən olan Elçin Həşimov, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində ilk musiqi təhsilini alıb. 1988–1992-ci illərdə Asəf Zeynallı adına musiqi texnikomunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992–1997-ci illərdə Bakı Musiqi Akademiyasında “tar” ixtisası üzrə məzun olub, hazırda Azərbaycan Milli Konservatoriyasının dosentidir, eyni zamanda Musiqi Kollecində Tar ixtisası üzrə muğam fənnindən tədris edir. 1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli tamaşasında muğam solo partiyasını ifa edərək İstanbulda, Parisdə UNESCO-nun səhnəsində Qətər Respublikası, İsveçrədə, Tacikistanda və dünyanın digər ölkələrində bu tamaşa ilə çıxış etmişdir. Eyni zamanda Vasif Adıgözəlovun Natavan operasında, Şəfiqə Axundovanın Gəlin Qayası operasında,Tomris baletində, Üzeyr Hacıbəyovun O olmasın bu olsun operettasında ifa etmişdir. Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu zamanı təmsil etmişdir. 2001-ci ildə Vaşinqtonda "Silkway" festivalında, 2002-cü ildə bütün dünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmişdir.
Firudin Haşımzadə
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001). Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir. F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Fuad Haşımov
Fuad Ceyhun oğlu Haşımov (1 sentyabr 1996, Digah, Abşeron rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub.
Fərhad Haşımov
Hacı Baba Haşımov
Hacı Baba Haşımov — Azərbaycanlı milyonçu 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Milyonçu Hacıbaba Haşımovun oğlu Yaponiyada xoşuna gələn kazino binasını Bakıda, indiki Rus Dram Teatrı binasının yerində (Xaqani küçəsi) daş və taxta materialdan tikdirib. Burda kazino ilə yanaşı konsertlər verilib, musiqili-əyləncəli proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel” teatrı binasında, əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Bina “Mikado” teatrı adı ilə də tanınıb. Memar Rüfət Acalov bu şəxsin də tarixin yaddaşında qaldığını söyləyir: «Bakı qubernatorunun xüsusi əmri oldu. Milyonçu Hacıbaba Haşımova tapşırdılar ki, 800 qızıl pula bu darvazanı götürüb qoysun o birinin yanına.
Haşımovun dörd mərtəbəli gəlir evi
Haşımovun dörd mərtəbəli gəlir evi — Əziz Əliyev küçəsi, 11 ünvanında yerləşən və azərbaycanlı milyonçu Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi. Hacı Baba Haşımovun dörd mərtəbəli gəlir evi 1908-ci ildə tikilib. Fasadı roman memarlığının üslub prinsipləri və sakit modernin böyük əlaməti üzərində inşa edilib. Fasad yarımdairəvi tağlarla tamamlanan şaquli detallarla ayrılıb. Bütöv bloklardan olan daşdan düzəldilmiş kronşteynlərin modernist formaları ilə roman motivləri gözəl uyğunlaşdırılıb. Modern üslubunda eyvanların metal məhəccərlərinin nəfisliyi və qabarıq detalların formalarının ciddiliyi geniş profilli eklektikanı təcəssüm etdirir.
Musa Haşımov
Hacı Hacıyev (tam adı: Musa Əli oğlu Haşımov; 18 avqust 1905, Tiflis – 4 yanvar 1985) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. Musa Əli oğlu Haşımov 1905-ci il avqustun 18-də Tiflis şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini 1921-1925-ci illərdə komsomol məktəbində almışdır. 1925-1928-ci illərdə Bakı Əczaçılıq Texnikumunda əczaçı ixtisasına yiyələnmişdir. 1928-1933-cü illərdə Leninqrad Texnologiya İnstitutunun (LTİ) kimya-texnologiya fakültəsində kimyaçı-mühəndis ixtisasını almışdır. Tələbəlik illərində Leninqrad şəhərində laborant vəzifəsində işləmişdir. 1928-1933-cü illərdə eyni zamanda LTİ əczaçılıq fakültəsinin 4-cü kursunu bitirmişdir. 1933-cü ildə Bakıya qayıdıb 1935-ci ilədək Sintetik Kauçuk təcrübə zavodunda kimyaçı-mühəndis vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə o, Frunze adına Neftqovma və 1937-1938-ci illərdə isə Vano Strua zavodunun direktoru olmuşdur. 1938-1947-ci illərdə pedaqoji işə keçərək Azərbaycan Sənaye İnstitutunda müəllim, dosent, prorektor vəzifələrində çalışmışdır.
Məhərrəm Haşımov
Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951). Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir. Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır. 1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu. Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir. Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir.
Məmməd Əli Haşımzadə
Məmməd Əli Uğurlu oğlu Haşımzadə (1906-1980) — Azərbaycanın ilk fizik və astronomlarından biri, fizika-riyaziyyat elmləri namizədi, professor. Məmməd Əli Uğurlu oğlu Haşımzadə 1906-cı ildə indiki Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. 1921-ci ildə ibtidai məktəbi bitirdikdən sonra təhsilini Ağdaşda davam etdirmişdir. 1925-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. 1927-ci ildə həmin institut Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdiyindən Məmməd Əli Haşımzadə Azərbaycan Dövlət Universitetinin Pedaqoji Fakültəsinin təbiyyat-riyaziyyat bölməsinə keçirilmişdir. O, 1930-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Quba pedaqoji texnikumunda işləməyə başlamışdır. 1933-1936-cı illərdə Azərbaycan Dövlət Tibb institutunda fizika kafedrasında assistent, 1936-cı ildən 1944-cü ilə qədər bu kafedrada dosent vəzifəsində çalışmışdır. 1944-cü ildən 1946-cı ilə kimi Azərbaycan Dövlət Tibb institutunda fizika kafedrasına rəhbərlik etmiş və bununla yanaşı Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda fəaliyyət göstərmişdir. 1947-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu ilə Riyaziyyat Sektoru birləşdirilərək Fizika və Riyaziyyat İnstitutu yaradıldığından sonra orada 1952-ci ilədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 1953-cü ildə Fizika-Riyaziyyat İnstitutu nəzdində Şamaxı astronomiya ekspedisiyası təşkil edilmiş və M.U.Haşımzadə ekspedisiyanın rəis müavini təyin olmuşdur.
Nataliya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Natalya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Növrəstə Haşımova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Rəşad Haşımov
Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur. A.Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir. 1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir. 1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir. 1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir. "Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur. 2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.
Tərzan Haşımov
Tərzan Qəhrəman oğlu Həşimov (13 aprel 1989; Lerik rayonu, Azərbaycan - 20 oktyabr 2020; Füzuli, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. Şəhid Tərzan Həşimov Rabitəçi Gizir Rütbəsində Xidmət Göstərir.O Düşmən dilini Səlis şəkildə Bilirdi.Döyüş YoldaşLarının Sözlərinə Görə Bir neçə dəfə Düşmənlə Rabitəyə Girərək Düşmən texnikasını Məhv etmişdir. O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir və döyüş zamanı yaralanmışdır.O Döyüş Müddətində Xüsusi İradə Göstərmiş Və Neytral Zonadan Döyüş Zamanı Həlak Olan Şəhidimizi Çıxarmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərzan Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.