İŞIQLANDIRILMA

İşıqlandırılmaq”dan f.is.
İŞIQLANDIRICI
İŞIQLANDIRILMAQ
OBASTAN VİKİ
Səhnə işıqlandırılması
Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır. Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür. Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur. Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.

Digər lüğətlərdə