Oğul, işin-gücün bu vaxtında bilmirəm gedim, necə gedim, getməyim, necə getməyim. “ ”.
[Hacı Murad:] Oğul, … yenə irəliki kimi işə-gücə get.
Deyib-danışaram şümşad boyundan; İşindən-gücündən, təzə toyundan.
□ İşdən-gücdən eləmək – avara qoymaq, işindən ayırmaq.
İşdən-gücdən olmaq – hər hansı bir səbəbə görə işindən avara olmaq, işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək.
[Qulu:] Bu da kasıb oğlandır, neçə gündür işdən-gücdən olubdur.
İşə-gücə yaramaq – xeyir vermək, köməyi dəymək, kara gəlmək, işə yaramaq.
Bu zaman üç oğlundan heç birisi nə … toxum daşıyır, nə də bir saxsı su gətirib işəgücə yarayırdı.
İşini-gücünü buraxmaq – heç bir işlə məşğul olmamaq, işindən əl çəkmək, avaralanmaq.
[Əsəd bəy:] …Gələn gündən işin-gücün buraxmış, bir tüfənglə ora-buranı gəzir.