İŞARMAQ

f. Xəfifcə işıldamaq, işıq vermək.
[Xudayar bəyin] papağının altdan gözləri elə işarır ki, adamın canına vahimə oturur. C.Məmmədquluzadə.
…Bağın qapısında yanan lampa … işarırdı. M.S.Ordubadi.
Hisli dirəkdən asılmış neft çırağı tövlənin dibində tüstülənə-tüstülənə işarırdı. Ə.Abasov.

// Parlamaq, işıldamaq.
Sarmaşıq zoğutək qıvrım sallanan; Buruq saçlarında işarır yağış. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞARMAQ işıldamaq — parıldamaq
  • İŞARMAQ işarmaq bax 1. işıldamaq 1; 2. parlamaq
İŞARMA
İŞARTI

Digər lüğətlərdə