İŞBİLƏN

sif. Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn.
[Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov.
[Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi… B.Talıblı.
[Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir.

// İs. mənasında.
[Müəllim:] Nə qədər olsa, işbilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Ə.Haqverdiyev.
Naznaz bu fikirdə idi ki, Qaraşın yaxşı gələcəyi var, ağıllıdır, ağırdır, işbiləndir, sağlam və gəncdir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞBİLƏN bacarıqlı — işgüzar — çalışqan
İŞBAZLIQ
İŞCİL

Digər lüğətlərdə