1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. Beş adamdan ibarət heyət. Mütəxəssislərdən ibarət komissiya. Dörd nəfərdən ibarət ailə. Tələbələrdən ibarət komanda.
– Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi.
2. İbarətdir şəklində – eyniyyət bildirir.
“Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar.
Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir.
// Mütəşəkkildir.
“Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir.
Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdir.
□ İbarət olmaq – 1)
…mütəşəkkil olmaq,
…düzəlmiş olmaq;
2) ehtiva etmək,
…məzmununu təşkil etmək.
[Zeynal] Mehribanı Bakıya gətirdikdən sonra birinci yapdığı iş, onun çadrasını başından atmaq, onu tanış-bilişləri ilə tanış etməkdən ibarət olmuşdu.
3. klas. bax ibarə 2-ci mənada.
Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə.
Rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş olsunlar.
“Millət ötrü, ağlayan axırda olur kor”; Məzmunlu məsəldir bu ibarət, uçitellər!