İCTİHAD

is. [ ər. ] klas.
1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama.
□ İctihad etmək köhn. – gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək.
…Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. C.Məmmədquluzadə.
Yaxud, de görüm, müdiri-“Kəşkül”; Ünsizadə Səidi-məqul; Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. M.Ə.Sabir.

2. din. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna.
[Molla Bağır:] Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imammalı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən avama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCTİHAD ictihad bax səy
İCRƏT
İCTİMAİ
OBASTAN VİKİ
İctihad
İctihad (ərəb. اجتهاد (إسلام)‎) — Quranda və ya hədisdə haram-halal vəziyyəti qeyd olunmayan bir suala cavab tapmaq üçün bir fəqih və ya İslam hüququ mütəxəssisi tərəfindən mülahizələrdən istifadə etməkdir. İctihad Ərəb dili, kəlam, nazil olan mətnlər və usul-ul-fiqh, Həm sünnilər, həm də şiələr ictihad edirlər. İctihad, onu yerinə yetirmək qabiliyyətinə malik olanlar üçün dini bir vəzifə sayılır. İctihad etmək qabiliyyətinə malik olan İslam alimi "müctəhid" adlanır. Əxbarilər ictihadı rədd edirlər, çünki yalnız 14 məsumun qərəzsiz hökm verə biləcəyinə inanırlar. Əxbarilər bir şeyin haram və ya halal olduğuna əmin deyillərsə, onu haram hesab edirlər. == Həmçinin bax == Fiqh Üsulilik Əxbarilər == İstinadlar == == Xarici keçidlər == Kənan Rövşənoğlu. "Şiəlikdə müctəhidlik institutu - Baku Research Institute". Bakı Araşdırmalar İnstitutu (az.).

Digər lüğətlərdə