İKİQANADLILAR

is. zool. Bir cüt qanadı olan həşərat dəstəsi; qoşaqanadlılar, cütqanadlılar. Mozalanlar ikiqanadlılar dəstəsinə mənsubdur.
İKİQANADLI
İKİQAPAQLI
OBASTAN VİKİ
İkiqanadlılar
İkiqanadlılar (lat. Diptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Yalnız bir cüt qabaq qanadı (adı da buradandır) inkişaf etmişdir. Dal qanadlar reduksiyaya uğramış və "vızıltı" orqanına çevrilmişdir. Dəyirmi başının yanlarında iri faset gözləri var. Ağız orqanı sorucudur. Bədəni uzunsovdur (1—50 sm-dək). İkiqanadlıların 80 min-dən artıq növü məlumdur. Bunlardan 2 minə yaxın növü Azərbaycanda təsadüf edilmişdir. Sürfələri yırtıcı həyat sürür.

Digər lüğətlərdə