İKİƏLLİ

zərf Hər iki əllə, iki əlin iştirakı ilə, hər iki əlini işlədərək. İkiəlli tutmaq. İkiəlli yığmaq.
[Hacı Mehdi:] Guya məni qalxızıb ikiəlli vurdular yerə. Ə.Haqverdiyev.
[Cəfər:] Elə bunu deməyimi gördüm, anam başıma ikiəlli qapaz salıb, başladı məni qarğışlamağa. E.Sultanov.
[Aşıq Camal] ikiəlli ustadının əlindən tutub dodaqlarına qaldırdı, hörmətlə qocanın əlini öpdü. Ə.Məmmədxanlı.

İKİEVLİLİK
İKİƏRLİ

Digər lüğətlərdə