Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi.
O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş gəldiyini bilsə də, ürəyində çoxdan bəri ona qarşı qüvvətli bir ikrah hissi duyur.
// İyrəndirmə, nifrətləndirmə.
[Şeyx Sədra:] Xayır, artıq bu pək fəna təhqir; Səni ikrah üçün bu bir tədbir…
□ İkrah etdirmək – iyrəndirmək, çimçişdirmək, diksindirmək, nifrət oyatmaq.
[Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.
İkrah etmək (eyləmək, olmaq, qılmaq) – iyrənmək, nifrət etmək, zəhləsi getmək.
Zahida, sən fariq ol, ahimdən ikrah eyləmə; Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr.
Gəz bir neçə gün mənimlə həmrah; İnsan deyib etmə məndən ikrah.
Xah yüz döndərsən ondan, xah ikrah eyləsən; Axır, ey əbrukaman, Qövsi sənə qurban olur.
İkraha gəlmək – bax ikrah etmək.
…Bu hadiseyiəlimənin dəhşəti bütün aləmə əsər etdi, hamı nifrət və ikraha gəldi.