İKRAH

is. [ ər. ] İyrənmə, çimçişmə, diksinmə, nifrət.
Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli.
O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş gəldiyini bilsə də, ürəyində çoxdan bəri ona qarşı qüvvətli bir ikrah hissi duyur. M.Hüseyn.

// İyrəndirmə, nifrətləndirmə.
[Şeyx Sədra:] Xayır, artıq bu pək fəna təhqir; Səni ikrah üçün bu bir tədbir… H.Cavid.

□ İkrah etdirmək – iyrəndirmək, çimçişdirmək, diksindirmək, nifrət oyatmaq.
[Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər. H.Cavid.

İkrah etmək (eyləmək, olmaq, qılmaq) – iyrənmək, nifrət etmək, zəhləsi getmək.
Zahida, sən fariq ol, ahimdən ikrah eyləmə; Kim, mənim bağrımda çoxdur qəmzələrdən yarələr. Xətayi.
Gəz bir neçə gün mənimlə həmrah; İnsan deyib etmə məndən ikrah. Füzuli.
Xah yüz döndərsən ondan, xah ikrah eyləsən; Axır, ey əbrukaman, Qövsi sənə qurban olur. Qövsi.

İkraha gəlmək – bax ikrah etmək.
…Bu hadiseyiəlimənin dəhşəti bütün aləmə əsər etdi, hamı nifrət və ikraha gəldi. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İKRAH iyrənmə — çimçişmə — diksinmə
  • İKRAH ikrah bax nifrət 1
İKONA
İKRAM

Digər lüğətlərdə