İKTİFA

is. [ ər. ] Kifayətlənmə, qane olma.
□ İktifa etmək (eləmək)1) kifayətlənmək, qane olmaq.
[Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə.
[Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli.
Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. B.Talıblı;

2) kifayət etmək, bəs olmaq.
Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət.

İKSİR
İQAMƏT

Digər lüğətlərdə