İNCƏLƏŞMƏK

f.
1. Get-gedə incə olmaq, zərifləşmək. Qız böyüdükcə incələşirdi.
– Mənalı səslərinlə, şerim, incələş; Bir kaman kimi. M.Müşfiq.

2. Getdikcə nazikləşmək, daralmaq.
Bir neçə gündən sonra Telli balkonda durub getdikcə incələşib gözdən itən ilanvari kənd yoluna baxırdı. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNCƏLƏŞMƏK zərifləşmək — nazikləşmək
İNCƏLƏŞMƏ
İNCƏLƏTDİRMƏ

Digər lüğətlərdə