İNSPÉKTOR

is. [ lat. ]
1. Hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə inspektoru. Sanitar inspektoru. Maarif şöbəsinin inspektoru.
– Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarif Dairəsi baş inspektoru Slavinski sinfə daxil oldu. T.Ş.Simurq.
Qəhrəman istəyirdi ki, bütün məktəb inspektorun nəzərində yaxşı çıxsın. S.Rəhimov.
[Müəllim:] Görürsünüz, balam, odur, yamacdan aşağı düşən inspektordur. Mir Cəlal.

2. Bolşevik inqilabından əvvəl məktəb direktorunun tərbiyə və tədris işlərinə baxan müavini.
Hər bir şeydən əvvəl, cənab inspektor bunu özünə vacib gördü ki, realnı şkolada müsəlman uşaqlarının arasına “sünni-şiə” ədavəti salsın. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNSPEKTOR 1. İNSPEKTOR (təhsil şöbələrində nəzarətçi) Bu gün ... rayondan təftiş üçün məktəbə inspektor gəlmişdi (A
İNSOLYÁSİYA
İNSPEKTORLUQ
OBASTAN VİKİ
Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru
Əfqanıstanın Bərpası üzrə İdarənin baş inspektoru (SIGAR) — ABŞ hökumətinin Əfqanıstanın bərpası ilə bağlı aparıcı nəzarət orqanı. ABŞ Konqresi "SIGAR"ı Əfqanıstanın Bərpası fondlarına müstəqil və obyektiv nəzarət etmək üçün yaratmışdır. "SIGAR" yenidənqurma proqramlarının səmərəliliyini və effektivliyini təşviq etmək, israfçılığı, korrupsiya və vergi ödəyicisinin dollarından sui-istifadə hallarını aşkar etmək və qarşısını almaq üçün audit, yoxlamalar və araşdırmalar aparır. "SIGAR"-da individualların şübhəli saxtakarlıq hallarını şikayət etməsi üçün bir qaynar xətt də mövcuddur.

Digər lüğətlərdə