İNTİBAHNAMƏ

is. [ ər. intibah və fars. namə] Təbliği məzmunda olub, əksərən gizli çap edilərək kütlələr arasında yayılan vərəqə; bəyannamə. İnqilabi intibahnamə.
– Nəsir … bolşevik intibahnaməsi çap etdiyi üçün həbsxanada yatırdı. S.Hüseyn.
…İntibahnamələr … çar hakimiyyətinə, burjuaziyaya qarşı mübarizəyə qalxmış fəhlə sinfinin iradəsini … möhkəmlədirdi. M.Hüseyn.
[Dəmir Ataşa:] Gətirdiyim intibahnamələri … yayaq, camaat öz firqəsinin səsini eşitsin. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNTİBAHNAMƏ İNTİBAHNAMƏ (təbliği mahiyyətdə çap edilmiş vərəqə) [Miss Hanna:] Bugünkü intibahnamələrdən xəbərin vardırmı? (M
İNTİBAH
İNTİHA

Digər lüğətlərdə